Əsas Səhifə > Şou-biznes > “ÇİMƏRLİYƏ GEDƏN KİMİ BAŞLAYIRLAR ŞƏKLİMİ ÇƏKMƏYƏ”
“ÇİMƏRLİYƏ GEDƏN KİMİ BAŞLAYIRLAR ŞƏKLİMİ ÇƏKMƏYƏ”25-06-2012, 13:47 |
MÜĞƏNNİNİN “FOTOFOBİYASI” VAR İMİŞ Müğənni Nadir Qafarzadə öz bağında və xaricdə istirahət etməyə üstünlük verir. Bu barədə müğənni yerli telekanallardan birinin efirində bildirib. “Hər il mən ailəmlə birlikdə harayasa istirahət etməyə gedirik. Çünki Bakıda məni tanıyırlar. Çimərliyə gedən kimi başlayırlar şəklimi çəkməyə. İstəmirəm ki, bu cür şəkillər yayılsın. Ümumiyyətlə, hamı baxanda adam özünü narahat hiss edir”, - o əlavə edib. Qafarzadə qeyd edib ki, bu il istirahət üçün ya Türkiyəyə, ya da Yunanıstana gedəcək. / Day.az / Geri qayıt |