Əsas Səhifə > Dünya > ƏSƏDİN ƏSGƏRLƏRİ QAÇIR
ƏSƏDİN ƏSGƏRLƏRİ QAÇIR26-06-2012, 13:01 |
30 SURİYA ƏSGƏRİ TÜRKİYƏYƏ TƏSLİM OLUB 30-dan artıq Suriya əsgəri, o cümlədən yüksək rütbəli hərbçilər sərhədi keçərək Türkiyəyə gəlib. Onlar Prezident Bəşər əl-Əsədin qüvvələrindən qaçanlardır. Anadolu xəbər agentıiyi bildirir ki, hərbçilər arasında general, iki polkovnik və mayor və onların ailələri var. BBC-nin İstanbul müxbiri deyir ki, Suriyada üsyanlar başlayandan bəri bu, Türkiyəyə keçən ən böyük hərbçilər qrupudur. Suriya cümə günü Türkiyəyə məxsus hərbi təyyarəni vurandan bəri iki ölkə arasında gərginlik artıb. Ötən həftə Suriya hava qüvvələrinə məxsis pilot öz qırıcı təyyarəsində İordaniyaya qaçıb. Geri qayıt |