Əsas Səhifə > Sosial, Manşet > ŞOK: BAKI İRƏVANA TƏKLİFLƏRİNİ YOLLADI

ŞOK: BAKI İRƏVANA TƏKLİFLƏRİNİ YOLLADI


26-06-2012, 14:15
ŞOK: BAKI İRƏVANA TƏKLİFLƏRİNİ YOLLADI

QƏBUL OLUNMAZSA, QARABAĞDA MÜHARİBƏ BAŞLAYIR

DİA.AZ: - Son zamanlar Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi üçün danışıqlar xeyli intensivləşib. Dünyanın super güclərinin məsələyə münasibəti, aparıcı beynəlxalq təşkilatların vermiş olduqları rəylər bu fikri bir daha təsdiqləyir.

Digər tərəfdən isə, müharibə şəraitində olan Ermənistan və Azərbaycanın yenidən hərbi əməliyyatları qarşılıqlı şəkildə bərpa etmə cəhdləri beynəlxalq qurumlar üçün ciddi siqnal rolunu oynadığından operativ müdaxilə zərurəti yaranıb. Doğrudur, belə bir müdaxilədə bulunan rəsmi Moskva hər zamankı kimi yenə də düşmən Ermənistanla həmrəylik nümayiş etdirdi. Elə Qərb ölkələri də Azərbaycana MÜHARİBƏ QADAĞASI qoymaqla, ölkəmizin öz haqqını bərpa etməsi yolunda təklənmiş olduğunu ortaya qoydular. Amma bu şəraitdə belə, rəsmi Bakı ilə pozuluşmaq niyyətində olmayan Qərb və elə Rusiya yenə də ehtiyatı da əldən vermədilər.

Onu da xatırladaq ki, Qarabağ probleminin həlli missiyası ilə yüklənmiş ATƏT-in Minsk Qrupu və həmçinin digər beynəlxalq qurumlar artıq Azərbaycanla başqa dildə danışmağa başlayıblar. «Xalqların öz müqəddaratlarını həll etmə» prinsipi ilə problemə yanaşa biləcəklərini dəfələrlə vurğulayan sözügedən qurum nümayəndələrinin bu anlaşılmaz mövqeyi nəhayətdə Azərbaycanın hərbi əməliyyatları kimsənin xəbərdarlığını nəzərə almadan bərpa etməsinə sövq edən açıq bir səbəbdir.

Qeyd edək ki, dünənə qədər ərazi bütövlüyü prinsipi prioritet hesab olunurdu və danışıqların əsas mahiyyətini təşkil edirdi. Amma keçən ilin sonlarından etibarən aparılan sülh danışıqlarına yeni çalar qatılaraq xalqların öz müqəddaratını həll etmə prinsipinə də müraciət edilir.

Bununla bağlı DİA.AZ-a məlumat verən hökumət içindəki mənbələrin sözlərinə görə, əslində rəsmi Bakının bu gün hərbi əməliyyatların bərpasına və torpaqlarının hərb yolu ilə azad edilməsinə həddən-ziyadə maraqlı olmasının əsas nədəni də məhz vasitəçilik missiyasını öz üzərinə götürmüş beynəlxalq qurumların loru dildə desək, hətərən-pətərən danışmalarıdır.

Artıq bu kimi dolaşıq versiyalar əsasında Ermənistan-Azərbaycan münaqişəsinin həlledilməz məcraya yönləndirildiyini açıq şəkildə görən prezident İlham Əliyev isə beynəlxalq aləmə çox sərt təpgilərini ünvanlayıb. Bunu da redaksiyamıza hökumət içindəki mənbə bildirib.

Gələn məlumatlara görə, bu günlərdə rəsmi Bakının adından İrəvana və daha üç fərql ünvana Azərbaycanın şərtlərinin yer aldığı və altında ölkə prezidenti İlham Əliyevin imzasının basıldığı bir məktub yola salınıb: «Həmin məktub Ermənistanla yanaşı, ABŞ, Rusiya və Türkiyə hökumətlərinin də dövlət rəhbərlərinə göndərilib. Maraqlıdır ki, burada ATƏT-in Minsk Qrupunun 3-cü həmsədri olan Fransa nəzərə alınmayıb və bu ölkənin əvəzinə Azərbaycan öz probleminin həlli ilə bağlı şərtlərini Türkiyəyə yollayıb».

Məlumatlarda bildirilir ki, Azərbaycan prezidentinin məktubunda Qarabağdakı ermənilərə yüksək muxtar hüquqların verilməsi təklifi ilə yanaşı, Azərbaycan torpaqlarının dərhal Ermənistanın silahlı birləşmələrinin nəzarətindən azad edilməsi tələbi yer alıb. Əks halda Azərbaycan üçün alternativ yolun qalmadığı vurğulanan məktubda o da qeyd olunur ki, yeganə variant MÜHARİBƏDİR ki, buna də Azərbaycanı məcburi şəkildə sürükləyirlər.

Onu da bildirək ki, prezident İlham Əliyev özünün «Twitter» sosial şəbəkəsində yazdığ son qeydləri ilə də belə bir məktubun varlığına dolayı yollarla işarə edib. Həmin qeydi diqqətinizə təqdim edirik:”Hələ ki, Ermənistan tərəfindən cavab gözləyirik. Son təkliflər qəbul olunarsa, onda sülh sazişi üzərində iş başlana bilər”.

Deməli, son söz Ermənistandadır. Əks halda qərarımız qətidir: QARABAĞ UĞRUNDA SAVAŞ BAŞLYIR!..

Geri qayıt