Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SAAKAŞVİLİ YENƏ DƏ BAKIYA GƏLİR

SAAKAŞVİLİ YENƏ DƏ BAKIYA GƏLİR


26-06-2012, 14:22
SAAKAŞVİLİ YENƏ DƏ BAKIYA GƏLİR

AMMA GÜRCÜ PREZİDENT BU DƏFƏ PARLAMENTDƏ DANIŞNAYACAQ

Gürcüstan Prezidenti Mixail Saakaşvili iyunun 29-da Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, Gürcüstanın dövlət başçısının mətbuat katibi Manan Mancqaladzenin çərşənbə axşamı brifinqdə verdiyi məlumata görə, Mixail Saakaşvili Crans Montana regional forumunda iştirak edəcək.

Onun sözlərinə görə, Gürcüstan Prezidentinin ölkənin ali rəhbərliyi ilə görüşü gözlənilir.

"Bizim Azərbaycanla ənənəvi yaxşı münasibətlərimiz var və iki ölkənin liderləri birgə regional layihələri və ikitərəfli münasibətləri müzakirə edəcəklər", - Mancqaladze bildirib.

İyunun 28-dən iyulun 1-dək Bakıda illik 23-cü Crans Montana forumu keçiriləcək.

Forum Azərbaycan hökumətinin dəstəyil ilə keçiriləcək.

Forum enerji siyasəti mövzusunda dövlət və özəl idarəetmə məsələlərinə həsr ediləcək.

Foruma dəvət edilən liderlər sırasında Gürcüstan Prezidenti Mixail Saakaşvili, forumun icraçı sədri və qurucusu, səfir Jan-Pol Karteron, Makedoniya Prezidenti George İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Birləşmiş Ərəb Əmirliklərinin Vəliəhdi şahzadə Fuceyra Şeyx Məhəmməd bin Hamad bin Məhəmməd əl Şarki, Lüksemburq Şahzadəsi Jan və digər yüksəkvəzifəli şəxslər var.

Forumun əsas müzakirələri Azərbaycanın Şərqi Avropanın elektrik enerjisi ilə təminatındakı roluna, Yaxın Şərqdəki vəziyyətə, beynəlxalq korporativ siyasətdə etik qaydalar monitorinqinin keçirilməsinə həsr ediləcək.

DİA.AZ bildirir ki, son səfəri zamanı Azərbaycan parlamentində etdiyi səs-küylü çıxışı ilə gürcü dövlət başçısı bir tarix yazmış oldu və hələ də Saakaşvilinin həmin səfəri unudulmayıb. Qeyd edək ki, sözügedən səfər zamanı Gürcüstan prezidenti Azərbaycanın Milli Məclisində Rusiyanın ünvanına kəskin ifadələr işlətmişdi.


Geri qayıt