Əsas Səhifə > Güney Press, Araşdırma > DÜŞMƏN ÜZƏRİNƏ TAM TƏMİNATLI
DÜŞMƏN ÜZƏRİNƏ TAM TƏMİNATLI26-06-2012, 14:36 |
AZƏRBAYCAN ORDUSU MODERN VƏZİYYƏTƏ GƏTİRİLİR “AzeriDefence.com” saytının eksklüziv olaraq Silahlı Qüvvələrin yüksək rütbəli rəsmilərindən əldə etdiyi məlumata görə, ilk mərhələdə “gələcəyin əsgəri” təchizatının digər ölkədən satın alınması planlaşdırılır. Növbəti mərhələdə Silahlı Qüvvələrin müvafiq strukturları Müdafiə Sənayesi Nazirliyi və əlaqədar şirkətlərin iştirakı ilə yerli təchizatın yaradılması istiqamətində yaradılmasını reallaşdıracaq. Hazırda müasir təchizat dəstinin satın alınması istiqamətində bir neçə ölkə ilə müzakirələr aparıldığı bildirilsə də, danışıqlar yekunlaşmadığından həmin ölkələrin adları açıqlanmayıb. Azərbaycanın sifariş verəcəyi təchizatlarda müəyyən dəyişikliklər ediləcək. Bu dəyişikliklər sistemlə tam uyğunlaşdırılmaqla həyata keçiriləcək və Azərbaycan Silahlı Qüvvələrinin müvafiq komanda, kommunikasiya sistemləri ilə uyarlığı təmin olunacaq. Geri qayıt |