Əsas Səhifə > Sosial, Manşet > ZEYNAL NAĞDƏLİYEV HAKİMİYYƏTDƏ ÖN PLANA KEÇİR
ZEYNAL NAĞDƏLİYEV HAKİMİYYƏTDƏ ÖN PLANA KEÇİR27-06-2012, 18:12 |
RAMİZ MEHDİYEVİN YERİNƏ HAZIRLANAN PA RƏSMİSİ ƏSAS FİQUR ROLUNDA DİA.AZ: - Yaxın həftələrdə hakim düşərgədə bir neçə icra başçısı tutduğu vəzifədən kənarlaşdırılacaq. Bildirək ki, bir ara bu kimi islahatlar zamanı bəzifələrə təyin olunan əksər icra başçıları iş adamları içərisindən seçilirdi və məqsəd rayonlarda iqtisadi inkişafa nail olmaq idi. Amma bu taktika ümidləri doğrultmayıb. Bir neçə sahibkar icra başçısı vəziyyəti daha da kritikləşdirib. Bunlardan biri də Abşeron rayon icra başçısıdır. DİA.AZ-a bununla bağlı hökumət içindəki mənbələrdən daxil olan məlumatda bildirilir ki, indi yeni icra başcılarının yenə də YAP-dan gətirilməsi qərarlaşdırılıb. Maraqlıdır ki, təklif müəllifi kimi, Prezident Adminstrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev göstərilir. Qeyd edək ki, son günlrə Nağdəliyev hakim düşərgə içində favorit fiqurlardan birinə çevrilib ki, burada da birbaşa olaraq prezident İlham Əliyevin ona verdiyi dəstək, göstərdiyi etimad müstəsna rol oynayır. Məsələn, hakimiyyət üçün vacib bir məqamda Qubada baş verən 1 Mart hadisələrinin nəzarətə alınması üçün iqtidar adından bölgəyə göndərilən nümayəndə heyətinə məhz Zeynal Nağdəliyev rəhbərlik edirdi və hətta rəsmi Bakının ezam etdiyi qrupda yer alan nəqliyyat naziri ziya Məmmədov kimi bir fiqur da ona tabe imiş. Son olaraq isə, prezdient İlham Əliyev vir qrup dövlət qulluqçusunu mükafatlandırdığı zaman Zeynal Nağdəliyevi yenə də diqqətdə saxlamaqla, bunun əksinə olaraq Ramiz Mehdivein kadrlarını təltifdən kənarda qoymaqla PA-nın şöbə müdirinə hansı münasibətdə olduğunu bir daha nümayiş etdirdi. Xatırladaq ki, Zeynal Nağdəliyev bu gün Ramiz Mehdiyevin yerinə - PA rəhbəri postuna ən şanslı namizəd hesab olunur və ona bu işdə dəstək verənlər sırasında Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun yaxın qohumu – digər PA şöbə müdiri Əli Əsədovun da olduğu söylənilir. Qeyd edək ki, Əli Əsədov da bir neçə gün əvvəlki mükafatlandırma zamanı diqqətə alınmışdı. Xatırladaq ki, Ramiz Mehdiyevin bu gün az qala düşmən kimi gördüyü Nağdəliyev Zeynal Səfər oğlu 1957-ci il noyabr ayının 5-də Bakı şəhərində anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982-1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib. 1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbacanlılar Konqresinin icraçı direktoru işləyib. 1992-ci ildə tarix elmlər namizədi, 2000-ci ildə isə tarix elmlər doktoru alimlik dərəcəsi alıb. 2003-2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çaışıb. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Ailələlidir, iki övladı var. Geri qayıt |