Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İTV-YƏ AYRICALIQ TANINMADI
İTV-YƏ AYRICALIQ TANINMADI27-06-2012, 19:00 |
XARİCİ SERİALLARIN YAYIMI QƏTİ QADAĞAN OLUNDU İctimai Televiziyaya (İTV) əcnəbi teleserialların yayım hüququ verilməyəcək. APA-nın məlumatına görə, Milli Məclisin (MM) iyunun 29-da keçiriləcək növbədənkənar sessiyasında müzakirəyə çıxarılacaq “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində “teleseriallar” sözü olmayacaq. Belə ki, MM-in Mədəniyyət Komitəsinin iyunun 6-da keçirilmiş iclasında müvafiq qanuna təklif olunan dəyişikliyə əsasən, İTV-yə dünya ölkələrinin ən yaxşı seriallarının, bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Lakin layihənin son variantında “teleseriallar” sözü çıxarılıb. Son varianta görə, İTV-yə dünya ölkələrinin ən yaxşı bədii, sənədli və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və ya Azərbaycan dilində sub-titrlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişikliklər layihəsində digər dəyişikliklər də nəzərdə tutulub. Geri qayıt |