Əsas Səhifə > Güney Press, Üçüncü sektor > VENESİYA KOMİSSİYASI DA HAKİMİYYƏTƏ “2” YAZDI
VENESİYA KOMİSSİYASI DA HAKİMİYYƏTƏ “2” YAZDI27-06-2012, 19:06 |
QURUM SON DÜZƏLİŞLƏRİ MƏNFİ QİYMƏTLƏNDİRİR “Qanunvericilik şəffaflığa can atmalıdır, gizliliyə yox”, - Avropa Şurasının Venesiya Komissiyasının katibi Tomas Markert bugünkü brifinqdə Turan-ın xahişilə Azərbaycan qanunvericiliyinə son düzəlişləri şərh edərkən deyib. Həmin düzəlişlərə əsasən şirkətin təsisçiləri haqqında məlumat kommersiya sirri sayılır. Merkert qeyd edib ki, düzəlişlər əvvəlcədən ekspertiza üçün Venesiya Komissiyasına təqdim olunmayıb və hüquqi nöqteyi-nəzərdən onları qiymətləndirə bilməz. “Bizim bu qanunla bağlı məlumatımız yoxdur. Əgər həqiqətən belədirsə, şirkətin təsisçiləri haqda məlumatın əldə olunmasını mümkünsüz etmək düzgün deyil. Qanunvericilik şəffaflığa can atmalıdır, gizliliyə yox”, - Markert vurğulayıb. O həmçinin bildirib ki, QHT-lər haqqında qanunla bağlı Venesiya Komissiyasının tövsiyələri qüvvədə qalır. Xatırladaq ki, bu tövsiyələr ötən ilin oktyabrında qəbul edilib və xarici QHT-lərin qeydiyyatı üçün maneələrin aradan qaldırılmasına yönəlib. “Lakin biz hüquqi strukturuq, siyasi yox. Odur ki, təzyiq mexanizminə malik deyilik. Biz qanunların hüquqi ekspertizası ilə bağlı rəy veririk”, - o vurğulayıb. “Gələn il növbəti prezident seçkiləri ilə əlaqədar Venesiya Komissiyasının Azərbaycanın Seçki Məcəlləsinə tövsiyəsi olacaq?” sualının cavabında Markert deyib ki, Azərbaycan hökumətinin Seçki Məcəlləsi ilə bağlı hər hansı düzəlişi ekspertizaya göndərəcəyinə zəmin görmür. O həmçinin bildirib ki, Azərbaycan hökuməti “Dini etiqad azadlığı haqqında” yeni qanun layihəsini ekspertizaya göndərib. Geri qayıt |