Əsas Səhifə > Güney Press, Araşdırma > BAKIDA 30 İYUN ŞÖLƏNİ

BAKIDA 30 İYUN ŞÖLƏNİ


27-06-2012, 19:10
BAKIDA 30 İYUN ŞÖLƏNİ

TƏDBİR BU DƏFƏ ƏVƏZ ZEYNALLISIZ KEÇDİ

İyunun 27-də “Hikməti-Divan” restoranında 30 iyun Sevgillər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən tanınmış jurnalist İlham Tumas 30 iyun Sevgillər Gününün mahiyyəti barədə danışıb. İ.Tumas bildirib ki, 30 iyun Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş İlham və Fərizənin toy günüdür.

Bu günün “Sevgililər Günü kimi qeyd edilməsi ideyası isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya məxsusdur. İlham və Fərizə qəhrəmanlığının dərsləri barədə danışan tanınmış şair Vahid Əziz diqqətə çatdırıb ki, bu iki gəncin göstərdiyi nümunə Azərbaycanda əsil qəhrəmanlıq rəmzinə çevrilib: “Onlarda olan vətənpərvərliyin bir hissəsi bəzi oliqarx məmurlarda olsaydı, ölkədə vətənpərvərlik ruhu daha yüksək səviyyədə olardı”.

Daha sonra tədbirdə “Xural” qəzetinin direktoru Nizami Həsənov, xalq qrtisti Ağalar Bayramov, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək 30 iyun Sevgillər Gününün Azərbaycanda geniş şəkildə keçirilməsinin vacibliyini vurğulayıblar.


Geri qayıt