Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ORXAN KƏRİMOV NARKOZDAN AYILIB
ORXAN KƏRİMOV NARKOZDAN AYILIB28-06-2012, 12:09 |
SABİQ TN ƏMƏKDAŞI GƏRGİN BİR ƏMƏLİYYAT KEÇİRİB Təhsil Nazirliyinin maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimov dünən ürəyindən əməliyyat olunub. O. Kərimovun qayınatası Güloğlan Əhmədov Modern.az-a bildirib ki, hazırda kürəkəninin səhhəti normaldır. “Əməliyyat gecikdiyi üçün damarlarında müəyyən problemlər var idi. Buna görə də əməliyyat bir az çətin oldu. Amma çox şükür ki, nəticəsi pis olmadı”. G. Əhmədovun sözlərinə görə, O. Kərimov narkozdan oyanıb, özünü pis hiss etmir. “Həkim məni yanına çağırdı. Dedi ki, biz əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı olsun. Amma gərgin bir əməliyyat keçdi”. Qeyd edək ki, Orxan Kərimov ürək ağrılarında əziyyət çəkirdi. Dünən Mərkəzi Klinikada əməliyyat olundu. Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur Geri qayıt |