Əsas Səhifə > Dünya > FRANSADA YENİ QATIQ HƏRƏKƏTLƏNMƏSİ GÖZLƏNİLİR

FRANSADA YENİ QATIQ HƏRƏKƏTLƏNMƏSİ GÖZLƏNİLİR


28-06-2012, 13:24
FRANSADA YENİ QATIQ HƏRƏKƏTLƏNMƏSİ GÖZLƏNİLİR

VALERİ BOYERDƏN UYDURMA SOYQIRIM İDDİASI

Fransada ötən həftə keçirilən parlament seçkilərində Marseldən deputat seçilən Valeri Boyer, qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini yenidən gündəmə gətirəcəyini söyləyib.

Fransa ilə Türkiyə arasındakı böhranın memarı olan Boyer, “Cihan” xəbər agentliyinə verdiyi müsahibəsində bildirib ki, yeni bir qanun layihəsi üzərində işləməyə başlayıb.

SalamNews-un “Cihan”a istinadla verdiyi xəbərə görə, müsahibəsində Məclis və Senatın qəbul etdiyi qanun layihəsinin Konstitusiya Şurası tərəfindən ləğv edildiyini xatırladan Boyer deyib: "Seçicilərimə verdiyim sözlər var. Soyqırımla əlaqədar yeni bir layihəni məclisin gündəminə gətirəcəyəm''.

Millət vəkili yeni layihəyə əsasən Fransanın qəbul etdiyi soyqırımları inkar edənlərin sanksiyalarla üzləşəcəyini vurğulayıb. Konstitusiya Şurasının qərarı ilə bağlı fikrini bildirən Boyer, hüquqi olaraq bu qərara qarşı çıxa bilməyəcəyini qeyd etsə də, millət vəkili kimi yeni bir layihəni məclisə təqdim etməyə hüququ çatdığını söyləyib.

Layihənin müzakirə dövründə Türkiyə hökumətinin Fransanın daxili işlərinə müdaxilə etdiyini iddia edən Boyer, dekabrın 22-də Məclisə təqdim etdiyi sənədin təhrif edildiyini bildirib. Boyer, layihənin Türkiyənin maraqlarına da toxunduğunu etiraf etsə də, sanksiyanın yalnız Fransada yaşayan fransızlara aid olduğunu qeyd edib. Yeni prezident Fransua Ollandın Fransa ilə Türkiyə arasındakı əlaqələrdə yeni bir səhifə açmaq istədiyini xatırladan Boyer, bunun məclisə təqdim etməyə hazırlaşdığı yeni layihəyə təsir etməyəcəyini vurğulayıb.


Geri qayıt