Əsas Səhifə > Dünya > ETİRAZLAR BÜTÜN YUNANISTANI BAŞINA ALIR
ETİRAZLAR BÜTÜN YUNANISTANI BAŞINA ALIR21-10-2011, 14:17 |
QIĞILCIM AFİNDAN ƏYALƏTƏ SIÇRAMAQDADIR Yunanıstanda iki gündür, polislə nümayişçilər arasında davam edən toqquşmalarda 100-dən artıq insan yaralanıb. DİA.AZ xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, nümayişçilər polisi daş-qalaq edir, qarşılarına çıxan maşınlara, mağazalara od vururlar. Yaralılardan 32-si polis əməkdaşıdır. 80-dək insan həbs edilib. Xatırladaq ki, yunanlar hökumətin iqtisadi siyasətinə etiraz edirlər. Onu da bildirək ki, artıq baş verənlərə Afinadan kənar bölgələr də qoşulub. Geri qayıt |