Əsas Səhifə > Hadisə > JİRAYR LİBARİDYAN ETİRAF ETDİ Kİ...
JİRAYR LİBARİDYAN ETİRAF ETDİ Kİ...28-06-2012, 13:48 |
“BU GÜN ZAMAN AZƏRBAYCANIN XEYRİNƏ İŞLƏYİR” “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü Eyvaz Hüseynov “Qafqazın gələcəyi naminə birgə səylər: ötən 20 il və onun dərsləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosynın baş müşaviri olmuş Jirayr Libaridyana sualla müraciət edib. APA-nın məlumatına görə, E. Hüseynov J. Libaridyandan işğal üçün Ter-Petrosyana verdiyi məsləhətlərə görə peşmançılıq keçirib-keçirmədiyini, ümumiyyətlə Ter-Petrosiyanla birgə işlədiyi vaxt Ermənistanın işğalçılıq niyyəti ilə əlaqədar ona məsləhətlər verib-vermədiyini soruşub. J. Libaridyan cavab olaraq bildirib ki, Ter-Petrosyana hansısa məsləhətləri ilə bağlı təəssüfü yoxdur: “O istefa verdi, çünki sülh istədi. Ter-Petrosyanın səhvləri var idi. Ter- Petrosyan da, biz də deyirdik ki, Ermənistan zəif dövlətdir, onun inkişafına necə nail ola bilərik? Lakin kimlərsə Ter-Petrosyanın istefasını tələb etdi ki, siyasi xətdə dəyişikliklər yaransın”. Erməni ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri məsələnin həllində zaman çərçivəsini nəzərə almalıdırlar: “Bu gün zaman Azərbaycanın xeyrinə işləyir. Lakin digər arqument ola bilər ki, zaman həm də Ermənistanın xeyrinə işləyir. Hesablamalar hər zaman düz çıxmır. Siz deyə bilərsiniz ki, neftiniz var, ordunuz güclüdür və sairə. Lakin prosesin necə davam edəcəyini bilmirsiniz. Hesablamalar aparılır, üstünlük Azərbaycana verilir. Amma Qarabağda yeni erməni nəsli formalaşır. Qarabağda 30 yaşlı insanlar Azərbaycanın daxilində özlərini xatırlamırlar. Çalışmalıyıq, elə düstur formalaşdıraq ki, gələcəyin yolu olsun. Hər iki tərəfin güzəştə getməsi şərtdir. Problemin həllində super vətənpərvər prinsipi çıxış yolu deyil. Hazırkı atəşkəs müvəqqəti əldə olunmuşdu. Münaqişənin vasitəçilərinə inanmıram və birbaşa danışıqlara üstünlük verirəm. Təcrübə də bunu təsdiqləyir”. Geri qayıt |