Əsas Səhifə > Partiya > YAP-ÇI DEPUTATDAN ŞOK AÇIQLAMA
YAP-ÇI DEPUTATDAN ŞOK AÇIQLAMA28-06-2012, 14:04 |
“HAKİMİYYƏTƏ YALTAQLAR DA LAZIMDIR” "Onsuz da partiya, hakimiyyət də bilir ki, kim məddahdır, kim də ürəkdən, sadiqliklə ona bağlıdır" “Vaxtilə Yeni Azərbaycan Partiyasını sayamayan, YAP-a qulluq etməyən adamlar indi partiyanın gücünü görüb yaltaqlıq edir, məddahlıqla məşğul olursa, qoy olsun, bunun bizə heç bir zərəri yoxdur”. Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan deputatı Eldar İbrahimov əvvəllər YAP-ın fəaliyyətini bəyənməyib, daha sonra quruma üzv yazılıb, məddahlıqla məşğul olan insanlar barədə danışarkən bildirib. O qeyd edib ki, hər adam partiyaya üzv olmur, onlar əvvəlcə yoxlanılır: “Hər hansı digər partiya, təşkilatdan YAP-a üzv olmaq istəyənlərlə öncə söhbət olur və onlar ən birinci növbədə sədaqət meyarları ilə qəbul edilir. Hər adam partiyaya üzv ola bilməz. O adamları qəbul edirlər ki, onlar öncə yoxlanılır, sınanılır, onlar barədə tədqiqat işi aparılır və daha sonra bizim partiya təşkilatları onları da qəbul edir. Ümumilikdə partiyamıza ürəyi, canı ilə bağlı olan, Heydər Əliyev siyasətini bəyənən, qəbul edən və o siyasətdə iştirak etməyi özünə şərəf bilən insanlar üzv olur”. E.İbrahimovun sözlərinə görə dövlətə, hakimiyyətə, partiyaya sədaqətli insanlar lazımdır. “Fikrimcə burada ən birinci meyar sadiqlik, sadiqlik və yenə də sadiqlikdir. Məddah adamlar da lazımdır ki, bizi tərifləsinlər, məddah etsinlər. Onsuz da partiya, hakimiyyət də bilir ki, kim məddahdır, kim də ürəkdən, sadiqliklə ona bağlıdır. Ümumiyyətlə, hakimiyyətdə, partiyada, insanların bir-birinə dostluğunda ən birinci meyar sadiqlikdir. Yaltaqlanmaq, məddahlıq etmək cəmiyyətimizə və insanlara yaraşmayan bir haldır. Kiminsə xasiyyətində, canında məddahlıq etmək varsa, qoy etsin, onun bir zərəri yoxdur” - deyə YAP-çı deputat vurğulayıb. Geri qayıt |