Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCAN AVİAŞİRKƏTLƏRİ MÜFLİS OLA BİLƏR

AZƏRBAYCAN AVİAŞİRKƏTLƏRİ MÜFLİS OLA BİLƏR


28-06-2012, 15:02
AZƏRBAYCAN AVİAŞİRKƏTLƏRİ MÜFLİS OLA BİLƏR

SƏRNİŞİNLƏR 11,8 MLN MANAT ZİYAN VURUBLAR

2012-ci ilin I rübündə yerli mülki aviasiya operatorları sərnişin daşımalarından 39,6 mln manat gəlir əldə ediblər. Bu, 2011-ci ilin eyni dövründəkindən 26,8% çoxdur. Amma şirkətlər böyük itkilərdən qurtula bilməyiblər.

Dövlətstatkomda Turan-a deyiblər ki, aviaşirkətlər sərnişin daşımaları xərclərini 2% azaldıblar. O, 51,4 mln manat təşkil edib. Hava nəqliyyatında sərnişin daşımalarından itkilər 11,8 mln manat olub. 2011-ci ildə sərnişin aviaşirkətlərinin irtkiləri 63 mln manat idi.

Birinci rübdə yerli aviaşirkətlər 310,7 min sərnişin daşıyıblar (+14,6%). DSK-nın məlumatına görə, sərnişin daşımalarının artım tempi yüksək olaraq qalıb. Bu müddətdə hava nəqliyyatı ilə 820,2 min sərnişin daşınıb. Bu, 2011-ci ilin eyni dövründəkindən 16,1% çoxdur. Sərnişin daşımalarının 98,5%-i “Azerbaijan Airlines”in payına düşüb. “Turan Air” aviaşirkətinin payı 1,5% olub.

Geri qayıt