Əsas Səhifə > Güney Press, Araşdırma > ZİYA MƏMMƏDOV TAKSİLƏRDƏN XEYİR GÖTÜRƏ BİLMƏDİ

ZİYA MƏMMƏDOV TAKSİLƏRDƏN XEYİR GÖTÜRƏ BİLMƏDİ


28-06-2012, 15:05
ZİYA MƏMMƏDOV TAKSİLƏRDƏN XEYİR GÖTÜRƏ BİLMƏDİ

“LONDON” TAKSİLƏRİ ARTIQ ZİYANLA İŞLƏMƏYƏ BAŞLAYIBLAR

DİA.AZ: - Bu ilin I rübündə taksi xidməti göstərən şirkətlər 126 min manat qazanc əldə ediblər. Taksidə sərnişin daşınmasından gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 43% azalıb. Avtomobil parkının artımı fonunda taksi firmalarının mədaxilinin onların azalması izah olunmazdır.

Dövlətstatkoma taksi xidməti göstərən 7 şirkət hesabat təqdim edir. Onların sırasında, yəqin, “Baki Taxi Company” MMC (“Baglan Group FZCO-ya daxildir”) yoxdur. Şirkətin Onun 1000 ədəd TX4 (London Taxi) taksisi var. Şirkətdə gəlirlər barədə informasiyanı açıqlamaqdan imtina ediblər. Məlumdur ki, I rübdə avtomobil sayı 500 ədəd, sürücülər üçün gündəlik plan 40 manat olub. İkinci rübdən avtomobil sayı iki dəfə artıb, plan iki dəfə azaldılıb.

DSK-ya görə, fiziki şəxslər hesaba alınmaqla, I rübdə taksidə sərnişin daşınmasından gəlirlər 23 mln manat olub. Bu, 2011-ci ilin eyni dövründəkindən 4,6% çoxdur.

2012-ci ilin 5 ayında Azərbaycanda taksi ilə 20,2 mln sərnişin daşınıb. Bu, ötən ilin eyni dövründəkindən 10,8% çoxdur

Geri qayıt