Əsas Səhifə > Partiya > MÜSAVATI ALP-NİN AQİBƏTİ GÖZLƏYİR

MÜSAVATI ALP-NİN AQİBƏTİ GÖZLƏYİR


29-06-2012, 11:47
MÜSAVATI ALP-NİN AQİBƏTİ GÖZLƏYİR

“İSA QƏMBƏR GEDƏRSƏ, MÜXALİFƏT ZƏİFLƏYƏCƏK”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının hələ də öz həllini tapmayan qurultay məsələsinə münasibət bildirib. Qurultayın nə üçün baş tutmadığını şərh edərkən S.Cəlaloğlu Modern.az-a deyib ki, İsa Qəmbərin başqanlıqdan getməməsini istəyir. ADP sədrinin sözlərinə görə, İ.Qəmbərin başqanlıqdan getməsi yüz illik Müsavat Partiyasında parçalanmaya səbəb olacaq:

“Qurultay məsələsi haqda deyə bilərəm ki, nizamnaməyə uyğun olaraq, İsa Qəmbərin Müsavat başqanlığından getməsi partiyaya böyük zərbə vuracaq. İsa bəy əgər qurultaydan sonra başqanlıqdan gedərsə, partiya daxilində ciddi problemlər yaranacaq. Çünki Azərbaycanda Müsavat lider partiya kimi fəaliyyət göstərir. İsa Qəmbərin imici partiyanın mövcudluğunda əsas şərtlərdən biridir.
Lalə Şövkət Liberal Partiyasından gedəndən, rəhbərliyi Əvəz Temirxana verəndən sonra partiya siyasi səhnədən uzaqlaşıb”.

S.Cəlaloğlu hesab edir ki, İsa Qəmbərin Müsavat başqanlığından getməsi Müsavat Partiyası ilə yanaşı, müxalifətin də zəifləməsinə gətirib çıxaracaq.

“Bu baxımdan deyə bilərəm ki, İsa Qəmbərin partiyadan getməsi partiya daxilində arzuolunan deyil. İsa Qəmbərin Müsavatdan getməsi eyni zamanda müxalifət cəbhəsinin zəifləməsinə gətirib çıxaracaq”, -deyə ADP sədri vurğulayıb.

Geri qayıt