Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZİYA MƏMMƏDOV VARİSİNİ MÜƏYYƏN ETDİ
ZİYA MƏMMƏDOV VARİSİNİ MÜƏYYƏN ETDİ29-06-2012, 11:51 |
NAZİRİN «BANK OF AZERBAIJAN»I «HAFKA»YA SATMASININ ŞOK SƏBƏBLƏRİ Ziya Məmmədov «Bank of Azerbaijan»ı satıb. Bu barədə məlumatı GUNDEMİNFO.AZ-a verən məlumatlı şəxs bildirdi ki, bankın səhmlərinin böyük bir hissəsi bir neçə ay əvvəl nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov tərəfindən satılıb. Alıcı isə tanınmış iş adamı mediada «Hafka» kimi tanınan “Bağlan Qrup” holdinqinin prezidenti Hafiz Məmmədovdur. Məlumatlara əsasən bankın əsas səhmdarlarından olan «ZQAN» Holdinqin sahibi Anar Məmmədov 80 faizlik payını «Hafka»ya devr edib. Bizə təqdim edilən və bu ili naprel ayına olan məlumatlara görə, «Bank of Azerbaijan»ın 117 milyon 500 min manatdır. Bankın 3 səhmdarı və ya təsisçisi var: Məmmədov H. - 81% Məmmədov M. - 18% «NEM Holdinqs Limited» şirkətinin Azərbaycan nümayəndəliyi - 1%. Bu səhmdarların arasında olan Məmmədov M.-in də Hafiz Məmmədovun deyil, Anar Məmmədovun qohumlarından biri olduğu söylənilir. Nəqliyyat nazirinin ailə üzvlərindən birinin bankdakı payını saxlaması isə diqqəti çəkən məqamlardan biridir. Məlumatlara görə, bank «Hafka»ya satılsa da, bankla «ZQAN» Holdinqin əməkdaşlığı qalır və bu bankdakı adıçəkilən holdinqin törəmə şirkətlərinin hesabları ləğv edilməyib. Lakin daxil olan informasiyalara əsasən bankın yerləşdiyi bir sıra inzibati binalar «ZQAN» Holdinqin balansında olduğu üçün, bir qədər də konkretləşdirsək, binalar «ZQAN»-nın mülkiyyəti olduğundan «Bank of Azerbaijan» burada artıq icarə müqaviləsi ilə oturur. Faktiki olaraq bankın Bakı şəhəri, H.Sarabski küçəsi, 657 ünvanında yerləşdiyi baş ofisində həm də «ZQAN» Holdinqin ofisi kimi də istifadə edilir. Maraqlıdır ki, bankın yaratdığı «Qarant Sığorta»nın səhmlərinin «Hafka»ya satılmasına dair hələlik heç bir məlumat verilmir. Sadəcə olaraq bildirilir ki, nəqliyyat naziri bankdan əl çəkəndən sonra «Hafka»ya hakimiyyətin yüksək dairələrindən dəstək verilmir. İş adamı sadəcə olaraq özünün İran və Türkiyə, qismən də Rusiya ilə biznesinə dair mühasibat maliyyə əməliyyatlarını bu bankda aparır. Bu müdhiş alqı-satqı əməliyyatları ilə bağlı olaraq GUNDEMİNFO.AZ-ı bilgiləndirən mənbə deyir ki, «Bank of Azerbaijan» birbaşa olaraq Anar Məmmədov tərəfindən Hafiz Məmmədova satılmayıb. Ötən ilin yanvar ayında bankın səhmləri türkiydən olan sıravi bir şəxsin adına keçirilib. Daha sonra isə əsas nəzarət səhm paketi Hafiz Məmmədova devr edilib. Ziya Məmmədovun bankı satmasına gəlincə isə, məlumatlara görə bu prosses məşhur «Vikileaks» açıqlamaları zamanı nazirin ağır duruma düşməsindən ehtiyatlanması səbəbindən baş verib. Ziya Məmmədov adının İrandakı terror qruplaşmaları ilə çəkilməsinə dair informasiyalar yayılandan sonra tələsik bu bankdan imtina edib. Çünki Ziya Məmmədovun adı birbaşa olaraq bu bankın təsisçisi kimi çəkilirdi. Məhz «Vikileaks» saytının açıqladığı və İranın gizli təşkilatları ilə əlaqədə suçladığı azərbaycanlı oliqarx-məmurlar arasında «Bank of Baku»ya görə nəqliyyat nazirinin ismi keçirdi. Geri qayıt |