Əsas Səhifə > Şou-biznes > "ANAM MƏNƏ GÖRƏ NARAHATDIR"
"ANAM MƏNƏ GÖRƏ NARAHATDIR"29-06-2012, 11:55 |
XURAMAN ŞUŞALI İSTİRAHƏTİNİ YARIMÇIQ QOYDU Hamiləliyinin beşinci ayını yaşayan, bir neçə aydan sonra Suğra adlı qız övladı dünyaya gətirəcək Xuraman Şuşalı hazırda Nabranda dincəlməkdədir. O, fürsətdən istifadə edərək “Atlant”da sonuncu buraxılışını yayımlayan “Günəbaxan” verilişini təbrik etməyi unutmayıb. “Yaxınlarım avtomobilə əyləşdiyimə görə məni qınayırlar. Əsas da anam. O, çox narahat olur mənə görə. Məhəmməd Mehdini dünyaya gətirənə qədər mənim hər addımımı güddü. Buna görə anama minnətdaram. Anadır, neyləsin? İndi də Nabrana gəlib çatana qədər yüz dəfə zəng vurdu ki, neyləyirsən, hardasan? Onu başa sala bilmirəm ki, şükür Allaha nə olub mənə? Sağlam qadınam. Hər şey yaxşı olacaq Allahın köməkliyi ilə. Hələ bu harasıdır? Üçüncü uşağımın olmasını da arzulayıram. Ya qismət”, - deyən X. Şuşalı havanın soyuq keçməsi ilə əlaqədar Bakıya dönəcəyini də əlavə etdi. Geri qayıt |