Əsas Səhifə > Sosial, Manşet > ŞOK: BƏŞƏR ƏSƏD AZƏRBAYCANDAN NƏYİ UMUR?
ŞOK: BƏŞƏR ƏSƏD AZƏRBAYCANDAN NƏYİ UMUR?29-06-2012, 12:16 |
SURİYANIN QANİÇƏN LİDERİ HESAB EDİR Kİ, BİZ SUSMALI DEYİLİK DİA.AZ: - Bu gün az qala bütün dünyanın hədəfində olan Suriyanın qaniçən prezidenti Bəşər Əsəd İranın dövlət televiziyasına şok çıqlamalar verib. Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verən DİA.AZ bildirir ki, bir çox ölkələri müsahibəsində təhlil edən Dəməşq rejiminin başçısı Azərbaycandan da bir-iki cümləlik danışıb. Məlumatlara görə, hazırki durumunu Bəşər əsəd aşağıdakı formada izahlayıb: «Biz islahatlara gedirik, amma ölkəmizdəki terrorçular və onları dəstəkləyən ölkələr buna imkan vermirlər». Daha sonra qardaş Türkiyə ilə Suriyanın münasibətlərinə toxunan Bəşər Əsəd «Türk xalqı ayrı, Ankara ayrı» deyərək Ərdoğan hökumətinə olan aqressiyasının Türkiyə türklərinə yönəlmədiyini də bildirib. Qəddafinin devrilməsi ilə nəticələnən bir əməliyyatın Suriyanı da gözləməsinə münasibət bildirən rəsmi Dəməşq başçısı belə bir hücumun imkansızlığından da danışıb: «Liviya tərzində bir əməliyat Suriyada mümkün deyil». Özünün hədəfə çevrilməsinin səbəbi kimi Suriyanın Fələstinə yadrım etməsini göstərən Bəşər Əsəd bildirib ki, bu kimi təzyiqlər əvvəllər olduğu kimi, yenə də heç bir nəticə verməyəcək. Daha sonra digər müsəlman ölkələrin, həmçinin Azərbaycanın da tərəfsiz mövqeyindən narahat qaldığını bildirən Bəşər Əsəd vurğulayıb ki, əslində ABŞ-ın rəhbərliyi altında müsəlman ölkələrinə qarşı «səlib yürüşü»nə çıxılıb ki, buna da hər bir müsəlman ölkəsinin susmaması lazımdır, eləcə də Azərbaycanın. Bu məsələdə Suriya lideri Türkiyəni xaçlıların yürüşünə dəstək verməkdə də ittham edib. İranın mövqeyindən razılıq edən Bəşər əsəd bu ölkənin hər zaman Suriyaya dəstək verdiyini söyləyərək, eyni sədaqətin də Suriya tərəfindən İrana göstəriləcəyini bildirib. Geri qayıt |