Əsas Səhifə > Güney Press, Araşdırma > MÜTƏLLİBOVUN “QƏHRƏMANI” HƏBS OLUNDU
MÜTƏLLİBOVUN “QƏHRƏMANI” HƏBS OLUNDU29-06-2012, 12:23 |
O, DƏLƏDUZLUQDA İTTİHAM OLUNUR “20 Yanvar” hadisələrində böyük fədakarlıq göstərdiyi üçün yüksək ali mükafata layiq görülən Azərbaycan vətəndaşı həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1965-ci il təvəllüdlü Asif Şahlar oğlu Muxtarov həbs edilib. APA-nın əldə etdiyi məlumata görə, A. Muxtarov 1992-ci il yanvarında 21-də o zamankı prezident Ayaz Mütəllibovun imzaladığı fərmanla “20 Yanvar” hadisələrində vətəndaşlıq nümunəsi, mərdlik və hünər göstərib yaralandığı üçün “Azadlıq uğrunda mübariz” fəxri adı ilə təltif olunub. Geri qayıt |