Əsas Səhifə > Dünya > QARDAŞ ÖLKƏ QAZSIZ QALA BİLƏR

QARDAŞ ÖLKƏ QAZSIZ QALA BİLƏR


29-06-2012, 14:14
QARDAŞ ÖLKƏ QAZSIZ QALA BİLƏR

İRANDAN GƏLƏN QAZ KƏMƏRİ PARTLADILIB

Türkiyənin Ağrı viləyətində İrandan gələn təbii qaz borusunda partlayış baş verib. Türkiyə Energetika Nazirliyi partlayış nəticəsində təbii qazın kəsildiyini bildirib. Məlumata görə, partlayış borunun Xıdırlı və Qələndər yaşayış məntəqələri arasındakı hissəsində qeydə alınıb.

Qəzalı hissədə bərpa işləri aparılır. Bərpa işlərinin azı 4 sutka çəkəcəyi bildirilir.
Rəsmilər hadisənin səbəbi ilə bağlı araşdırmaya başlayıblar. Hələlik dəqiq səbəblər məlum olmasa da, partlayışın PKK terrorçuları tərəfindən törədildiyi ehtimalı istisna edilmir.
Qeyd edək ki, boru vasitəsilə günlük təbii qaz ixracı 27 milyon kuba bərabərdir.

Geri qayıt