Əsas Səhifə > Dünya > QƏDDAFİNİN OĞLU QAÇA BİLMƏYİB
QƏDDAFİNİN OĞLU QAÇA BİLMƏYİB21-10-2011, 16:31 |
SEYFÜLİSLAM NİGERƏ GETMƏK İSTƏYİRMİŞ Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Nigerə qaçmağa cəhd edib. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı Liviya Milli Keçid Şurasının (MKŞ) rəsmisinə istinadən xəbər verir. 42 il Liviyaya rəhbərlik edən Müəmmər Qəddafinin özü isə MKŞ tərəfdarları onu tutduqdan sonra Sirt şəhərində ölüb. İçərisində Qəddafinin olduğu avtomobil xəstəxanaya gedərkən üsyançıların və polkovnikin tərəfdarlarının atəşinə məruz qalıb. Nəticədə o, başından ölümcül yara alıb. Fevralın ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən Qəddafinin istefası tələbi ilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib. Martın 17-də BMT TŞ Liviya üzərində uçuşsuz zona tətbiq edib. Uçuşsuz zonanın təmin olunması, silah satışına qadağanın tətbiqi və mülki vətəndaşların müdafiəsi üçün Qərb ölkələrinin koalisiyası martın 19-da Liviyada hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlara rəhbərlik bir neçə gündən sonra tam şəkildə NATO-ya keçib. Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib. Fevralda müxalifət Benqazidə Milli Keçid Şurasını yaradıb və Şura ölkədə yeganə legitim hakimiyyət orqanı elan edilib. Geri qayıt |