Əsas Səhifə > Şou-biznes > FAİQ AĞAYEV ÖZÜNƏ BÖHTAN ATIR?

FAİQ AĞAYEV ÖZÜNƏ BÖHTAN ATIR?


1-07-2012, 16:45
FAİQ AĞAYEV ÖZÜNƏ BÖHTAN ATIR?

MÜĞƏNNİ EHTİRASLI SEVGİ YAŞADIĞINI DEYİR

“Amma səmimilik, satqınsızlıq, stabil, doğma münasibət, məndən ötrü bu, daha dəyərli və vacibdir”

Deyəsən, xalq artisti Faiq Ağayev eşqə düşüb. Onun facebook səhifəsində yazdığı statusdan bəlli olur ki, kimsə həyatına yeni rəng qatıb. Belə ki, son vaxtlar Faiq Ağayev sosial şəbəkədə davamlı olaraq məhəbbət və sirr saxladığı xanım haqda düşüncələrini paylaşır. Sonuncu mesajı bir daha bunu təsdiq etdi. “Nə yaxşı ki, varsan!” deyə yazısına təşəkkürlə başlayan xalq artisti daha sonra əlavə edirdi: “Ehtiras, beynin sönməsi, bütün qalan dünyaya qarşı kor olmaq yaxşıdır, əslində”.

Xalq artisti ağılın hisslərin fövqündə olduğunu əsas götürərək sözlərinə bu cür aydınlıq gətirdi: “Amma səmimilik, satqınsızlıq, stabil, doğma münasibət. Məndən ötrü bu, daha dəyərli və vacibdir”. Sonda isə o, sirli xanıma yenidən təşəkkürünü bildirdi.

P.S. Mesajın ilham pərisini dəqiqləşdirmək üçün Faiq Ağayevlə əlaqə saxlamağa çalışdıq. Xalq artisti hazırda sosial şəbəkədə olmadığı üçün bu barədə ətraflı məlumatı bir neçə saatdan sonra verəcəyik.

P.P.S. Bir insanın qarşı cinsdən olan insandan xoşu gəlir. Bu simpatiyadır. Simpatiya dərinləşdikcə bağlılıq yaranır. Bağlılıq təkrarlandıqda vərdişə çevrilir. Vərdiş sınaqlardan keçdikcə sevgiyə dönür. Lakin sevgi bir halda məhəbbət adlanır ki, qarşılıqlı olsun. Nə dostluqdan, nə yoldaşlıqdan, nə qohumluqdan məhəbbətə birbaşa yol yoxdur. Məhəbbət bütün mərhələlərdən keçərək həyat tərzinə çevrildikdə əbədi yaşayır. Xalq artisti Faiq Ağayevə bütün bu sınaqlardan mətin çıxmaq arzusu ilə...


Geri qayıt