Əsas Səhifə > Güney Press, Araşdırma > MƏZARI ÜZƏRİNDƏ XAÇ QOYULAN AZƏRBAYCANLI
MƏZARI ÜZƏRİNDƏ XAÇ QOYULAN AZƏRBAYCANLI2-07-2012, 12:13 |
ÇAYDA BOĞULAN SOYDAŞIMIZIN YAXINLARI AXTARILIR Rusiyada Azərbaycan vətəndaşı faciəli şəkildə dünyasını dəyişib. Bu barədə APA-ya Rusiya Federasiyasının Voronej şəhərində yaşayan soydaşlarımız məlumat veriblər. Məlumata görə, Bakı şəhərində anadan olmuş, uzun müddətdir Voronejdə yaşayan, 1974-cü il təvəllüdlü Qoşqar Əliyev bir neçə gün əvvəl Usmanka çayında çimərkən boğularaq ölüb. Soydaşlarımızın dediyinə görə, Q. Əliyev Voronejdə rus qadınla qeyri-rəsmi nikahda olub. Q. Əliyev özü haqqında danışarkən hamıya Bakıda-İçərişəhərdə doğulduğunu bildirib. 15-20 il əvvəl qazanc dalınca Rusiyaya gələn Q. Əliyev sənədlərini itirdiyi üçün bu müddət ərzində bir dəfə də olsun Bakıya qayıtmayıb və ailəsi ilə əlaqəsi kəsilib. O, Voronejdə yaşayan azərbaycanlılara, habelə onu tanıyanlara özünü Qoşqar Əliyev kimi təqdim edib. Bu ad-familiyanın da düzgün olub-olmadığı məlum deyil. Bir-neçə gün əvvəl çayda batan Q. Əliyevin meyiti tapılaraq sudan çıxarılıb. Mərhumun Azərbaycanda yaşayan yaxınları ilə heç bir əlaqəsi olmadığı üçün onun meyitini vətənə göndərmək mümkün olmayıb. Q. Əliyev xristian adəti ilə dəfn edilib. Hətta onun məzarı üzərində xaç da qoyulub. Məsələdən xəbər tutan azərbaycanlılar artıq onun qəbrinin üstündəki xaçı götürüblər. Qərara alınıb ki, mərhumun şəkillərini yaymaqla onun yaxınlarını tapsınlar. Ailəsi tapılacağı təqdirdə, onun meyiti vətənə gətirilərək yaxınlarına veriləcək. Geri qayıt |