Əsas Səhifə > Partiya > KXCP AXC-NİN 23 İLLİYİNƏ HAZIRLAŞIR
KXCP AXC-NİN 23 İLLİYİNƏ HAZIRLAŞIR2-07-2012, 16:09 |
PARTİYA ŞƏMKİR DAYAQLARINI DA BƏRPA EDİB DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Qurumdan DİA.AZ-a verilən məlumatda deyilir ki, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai- siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Toplantıda qərarların icrası haqda məsələ müzakirə edilərək müvafiq qərar qəbul olunub. Məlumatda deyilir: “16 iyul 2012-ci ildə saat 11.00-da Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 23 illiyi münasibəti ilə KXCP Ali Məclisinin növbəti sessiyasının çağırılması qərara alınmışdır. Toplantıda 16 iyul 2012-ci ildə saat 09.00-da Milli Azadlıq Hərəkatının lideri Elçi Bəyin məzarının ziyarət olunması haqda qərar qəbul olunmuşdur. Yığıncaqda təşkilat məsələləri müzakirə edilmişdir. KXCP Şəmkir rayon şöbəsinin bərpası haqda məlumat nəzərə alınmışdır. Bərpa Konfransında iştirak etmiş KXCP sədrinin təşkilat məsələləri üzrə müavini X. Teyyublu məlumat verərək bildirmişdir ki, Şəmkir rayon şöbəsinin bərpa yığıncağında rayonun tanınmış ziyalıları Səməndər bəy Salmanov rayon şöbəsinin sədri, Camal bəyMəmmədov Ali Məclisin üzvü və 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası seçilmişdir. Yığıncaqdan sonra tədbir iştirakçıları rayonun mərkəzində yerləşən İstiqlal parkında gəzinti təşkil etmişlər”. Geri qayıt |