Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ ƏHMƏDOVUN QARDAŞI FIRILDAQÇI İMİŞ

ƏLİ ƏHMƏDOVUN QARDAŞI FIRILDAQÇI İMİŞ


22-10-2011, 12:19
ƏLİ ƏHMƏDOVUN QARDAŞI FIRILDAQÇI İMİŞ

YAP-IN İCRA KATİBİNİN QARDAŞINDAN XƏBƏRİ VARMI?

DİA.AZ: - Neçə müddətdir ki, YAP-ın icra katibi, YAP sədrinin müavini Əli Əhmədovun adı mətbuat səhifələrində daha çox hallandırılmaqdadır. Bu dəfə isə DİA.AZ redaksiyasına YAP-çı deputatın qardaşı ilə bağlı faktlar ötürülüb.

Mötəbər mənbənin bildirdiklərindən belə məlum olur ki, Əli Əhmədovun qardaşı İlyas Əhmədov Salyan rayonunda 30-dan çox vətəndaşı fırıldaq yolu ilə aldadaraq külli miqdarda pul mənimsəyib.

Mənbənin sözlərinə görə, qardaşının nüfuzundan sui-istifadə edən İlyas Əhmədov bir qrup Salyan rayon sakinini etimadını qazanmış və nəticədə təxminən 300 min manata yaxın pul ələ keçirib.

Bu barədə mənbənin söylədikləri: ««KapitalBank»ın Salyan filialının rəhbərinin Firudin adlı qardaşından İlyas Əhmədov 15 min manat pul alaraq onu yol tikinti idarəsinə müdir təyin edəcəyini vəd etsə də, Firudin nə rəhbər təyin olunub, nə də pulunu geri ala bilib. Başqa bir Salyan sakininə övladını ali məktəbə düzəldəcəyi ilə bağlı söz verib və ondan da 10 min manat pul alıb».

Təxminən bu kimi fırıldaqları hesabına külli miqdarda pulu mənimsədiyi söylənilən İlyas Əhmədovun bütün bu işlərdə məhz Əli Əhmədovun adından bir etimad göstərgəsi kimi istifadə edildiyini qeyd edən mənbəmiz onu da vurğuladı ki, artıq bu hadisələrlə bağlı şikayətçi düşən bir qrup Salyan rayon sakini hüquq-mühafizə orqanlarına da müraciət ediblər.

Təbii ki, Əli Əhmədov kimi kifayət qədər ictimai-siyasi statusa malik olan bir şəxsin qardaşı tərəfindən bu şəkildə hədəfə çevrilməsi heç də ona müsbət divident gətirə bilməz…


Geri qayıt