Əsas Səhifə > Sosial, Manşet > MOLLA MƏTBUATININ MİLLİ TELEKANAL QORXUSU
MOLLA MƏTBUATININ MİLLİ TELEKANAL QORXUSU3-07-2012, 12:09 |
ƏHMƏD OBALI GƏRGİN İŞİ NƏTİCƏSİNDƏ TEHRANA PROBLEM YARADA BİLİB DİA.AZ: - Fars-molla rejimi antiAzərbaycan təbliğatını yenidən alovlandırıb. Əslində burada qəribə heç nəyin olmadığı hər kəsə məlumdur. Hər halda, necə ki Ermənistan KİV-indən Azərbaycanın mənafelərini ehtiva edən materialları gözləmirik, eləcə də fars mətbuatında ünvanımıza hansısa müsbət qiymətləndirməni gözləməyimiz yersizdir. Maraqlıdır ki, bu dəfə mola KİV-nin hədəfində Güney Azərbaycan türklərinin haqqlarını müdafiə edən və Böyük Azərbaycan amallarına xidmət edən «GünAzTV» var. Görünür, artıq iranda oturan başı əmmaməlilər fars-molla hökmranlığının başa çatmaq üzərə olduğunu yaxşı dərk etdiklərindən Azərbaycan türklərinin birliyini təbliğ edən mətbuatı hədəflərinə çeviriblər. Bir məsələ də var, narahatdırlarsa, qorxurlarsa, deməli, təhlükəni hiss edirlər. Biz isə bununla bağlı «GünAzTV» rəhbərliyini, xüsusən də bu yolda gərgin əməyini sərf edən Əhməd bəy Obalını təbrik edirik. Doğrudur, İran mətbuatının iddialarında göstərilir ki, guya sözügedən telekanal rəsmi Bakı tərəfindən maliyyələşir. Amma hər kəs yaxşı bilir ki, yalnız vətənpərvər oğulların, xüsusən də özünün məhdud maliyyə imkanlarının ümidinə qalan Əhməd bəy bu gün bir qəhrəmanlıq salnaməsi yaratmaqdadır. İranın xüsusi xidmət orqanlarına bağlı «AranNews» portalında yer alan həmin məqaləni təqdim edirik: «Azərbaycanın hər yerini qırmızı edin. Traxtursazinin oyunundan daha çox yararlanmağa çalışın. Qırmızı bayrağı Azərbaycanın hər yerində dalğalandırın! Mənbəmizin "Jamnews"ə istindala verdiyi məlumata əsasən, AR dövlətinin maliyyə dəstəyi ilə Çikaqodan yayımlanan GünAz TV kanalı 30 iyunda yaxın gələcəkdə "qırmızı fitnə"dən xəbər verib. Proqramın aparıcısı Cavad bəy öz tərəfdarlarını aksiyalarda qırmızı bayraqdan istifadə etməyə çağırıb. O, bu barədə deyib: "Qırmızı rəng Azərbaycan bayrağının rəngidir və bu qırmızı rəng Babək xürrəmdinin qanından götürülmüşdür". Separatçı aparıcı proqramın davamında tərəfdarlarını idman salonlarından və traxtursazinin oyunlarından pantürkizm hədəflərinin irəli aparılması üçün sui-istifadəyə də səsləyərək deyib: "Azərbaycanın hər yerini qırmızı edin. Traxtursazinin oyunundan daha çox yararlanmağa çalışın. Qırmızı bayrağı Azərbaycanın hər yerində dalğalandırın! Bizim səhv etməyə haqqımız yoxdur. Bu bayraq Babək xürrəmdinin bayrağıdır". Aparıcı daha sonra ötən illərdə bir neçə fitnənin sönməsinə toxunaraq deyib: "Babək xürrəmdinin anadan olması ildönümü münasibətilə hər il olduğu kimi Babək qalasında bir həftə toplantı oldu. Amma bu toplantılar nəzarətdə idi". O, Babək qalasındakı qanunsuz aksiyada qonşu ölkələrin də əli olmasını etiraf edərək deyib: "İran pantürklərindən əlavə, qonşu ölkələrin pantürkləri də bu aksiyada iştirak edirdi və onlar bu aksiyada daha çox rol ifa etməyə çalışırdılar. Lakin, təəssüflər olsun ki, İran dövləti aksiyaya nəzarət edə bildi". Qeyd edək ki, GünAz TV kanalı 2005 ci il 23 apreldən öz fəaliyyətinə başlayıb və öz verlişlərini 24 saat müddətində azəri türkcəsi ilə Çikaqodan yayımlayır. GünAz TV ictimai-siyasi kanal olaraq peyk antenaları vasitəsilə ən çox Avropa, Şimali Afrika, Amerika və Yaxın Şərqdə yayımlanır. Kanalın həftədə 8 saat canlı yayımı vardır. "GünAz", Güney Azərbaycanın qısaldılmış forması və Cənubi Azərbaycan mənasınadır. Bu kanaldan efirə çıxan proqramların tamaşaçıları İranın azəri dilli xalqıdır. Görəsən, İran ölkəsinin təkcə azəri dilli xalqı üçün belə bir kanalın yaradılması hansı məqsədi daşıyır? Türkiyədə çap olunan və 2006-cı ildə nəşr olunan "Hürriyyət" qəzetinin bir məqaləsində İran-Türkiyə münasibətlərinə qısa işarə olunur. Həmin yazıda İranın xarici işlər nazirliyi Türkiyənin xarici işlər nazirliyinə Amerikanın Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) bu telekanalın məsulu olduğunu çatdırmasına işarə olunur. Hürriyyət "Star" qəzetinə istindala yazır ki, CİA, GünAz və digər bir kürddilli kanal üçün peyk qurğuları vermişdir». Geri qayıt |