Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV AMAŞOVU DANLAYIB

RAMİZ MEHDİYEV AMAŞOVU DANLAYIB


22-10-2011, 12:29
RAMİZ MEHDİYEV AMAŞOVU DANLAYIB

PREZİDENT DƏ MƏTBUAT ŞURASININ İŞİNDƏN RAZI DEYİLMİŞ

DİA.AZ: - Son aylar hakimiyyətlə mətbuat arasında bir gərilmə müşahidə olunmaqdadır. Artıq neçə müddətdir ki, «Gündəmi Xəbər» qəzetinə qarşı haqsız və heyrətləndirici vergidənyayınma iddiası irəli sürülüb və qəzetin təsisçisi cinayət məcəlləsinin iki maddəsi ilə mühakimə oluna bilər, «Xural» qəzetinin əmlakına həbs qoyulub və qəzetin durdurulması yönündə çabalar səngimir, «Yeni Müsavat» qəzetinə qarşı isə məhkəmə serialları yenidən start götürüb.

Bir sözlə media müstəvisində vəziyyət kritikdir. Əslində bu kritikliyin nədənləri hər kəsə məlumdur. Əgər bu gün Mətbuat Şurası adlanan qurum və bu quruma daxil olan möhtəşəm simalar özlərinin məhz cılız maddi maraqları səbəbindən mətbuatın düşməninə çevrilirsə və mətbuatla bağlı problemlərin qaynağı rolunda çıxış edirsə, deməli, problemin hansı ünvandan gəldiyini müəyyən etmək o qədər də çətin deyil.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına daxl olan məlumatlardan aydın olur ki, elə hakimiyyətin üst düzəyində də Mətbuat Şurasının məlum rolundan narahatçılıq yaranmağ başlayıb. Bu barədə redaksiyamıza daxl olan şok məlumatda bildirilir ki, hətta ölkə başçısı İlham Əliyev Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə müzakirəsi zamanı Mətbuat Şurasının işindən razı qalmadığını bildirib.

Bu barədə mənbənin söylədikləri: «Prezident PA rəhbərinə mətbuat yönündə əməlli-başlı axsadıqlarını və bu işin dərhal çözülməsinin vacibliyini bildirib. Enyi zamanda Mətbuat Şurasının işindən razı qalmadığını da söyləyib».

Mənbəyə görə, məhz bundan sonra Ramiz Mehdiyev birbaşa olaraq Mətbuat Şurasının bir qrup rəhbər simasını PA-nın binasına çağıraraq danlayıb. Maraqlıdır ki, orada MŞ sədri Əflatun Amaşovun da olduğu söylənilir.

Geri qayıt