Əsas Səhifə > Güney Press, Araşdırma > ELDAR ƏZİZOV PULYIĞMA KAMPANİYASINI DOLAYISI İLƏ TƏSDİQLƏDİ
ELDAR ƏZİZOV PULYIĞMA KAMPANİYASINI DOLAYISI İLƏ TƏSDİQLƏDİ4-07-2012, 12:24 |
“TƏDBİRLƏR GÖRÜLÜR” DİA.AZ: - "Ölkənin başqa yerlərində olduğu kimi, Sumqayıtda da qeyri-qanuni tikililərlə bağlı tədbirlər görülür". DİA.AZ SalamNews-a istindaən bildirir ki, bunu jurnalistlərə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sumqayıt Təlim-Tədris Mərkəzinin açılış mərasimində bildirib. O deyib ki, indi şəhər tikinti meydançasına bənzəyir. Bu gün Sumqayıtda onlarla yeni binalar inşa edilir, əhalinin rifahının yüksəldilməsi üçün iş yerləri açılır. Azərbaycan prezidentinin qanunsuz tikililərlə mübarizə ilə bağlı Sərəncamına əsasən, Sumqayıtda qeyri-qanuni obyektlərə qarşı ciddi yoxlamalar aparılır. E.Əzizov Sumqayit ərazisində tikilən və əhalinin uzun illərdir məskunlaşdığı evlərlə bağlı söyləyib ki, zamanı gəldikdə insanlara müvafiq kompensasiya ödəməklə onların köçürülməsinə başlanılacaq. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə hazırda Sumqayıtda əlverişli biznes şəraiti yaradılıb. Heç bir maneə olmadan tikinti, inşaat işləri aparılır, insanlar işlə təmin olunurlar. Dünən yaydığımız məlumatda isə deyilirdi ki, Sumqayıtda hər bir sahibkardan təxminən 1000-1500 manat arası pul alınıb: «Səbəbi göstərilməyib. Hətta bəziləri deyir ki, bu proses hər ay davam edəcək. Yay dövrü gəldiyindən sahildəki obyektlərin işi yaxşı gedir və bunu nəzərə alan Eldar Əzizov da bu «yaxşı iş»dən öz payını mütləq almalıdır». Mənbəmizin sözlərinə görə, pulyığma kampaniyası zamanı maraqlı bir hadisə də yaşanılıb: «Sahibkarlardan biri icra hakimiyyətinin işçisinin tələb etdiyi 1200 manatı verə bilməyəcəyini, özünün kasıb adam olduğunu əsas gətirərək yalnız 800 manata gücünün çatdığını söyləyib. Bu zaman Sumqayıt İH-nin əməkdaşı eləməyib tənbəllik, birbaşa başçı ilə əlaqə saxlayıb və Eldar Əzizov da həmin sahibkara maraqlı bir cavab verib. İH-nin əməkdaşı obyekt sahibinə bildirib ki, Eldar müəllim «kasıb adamın biznesdə nə işi var» deyib. Və bundan sonra çarəsiz qalan sahibkar tələb olunan məbləği borc taparaq düzəldib». Əslində Eldar müəllim tam haqlıdır. Həqiqətən də, kasıb adamın biznesdə nə işi var? Biznes yalnız harınlamış məmurlar üçündür. Kasıb adam isə acından ölməlidir. Bu, bir Azərbaycan aksiomudur ki, hələ də vətəndaşlarımızın sözügedən məqama heyrətlənməsi bizləri təəccübləndirməkdədir… İndi isə icra başçısı bu deyilənləri dolayı yolla təsdiqləyir. Geri qayıt |