Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ ADA ARZULAYIR
MÜĞƏNNİMİZ ADA ARZULAYIR4-07-2012, 13:08 |
“BİR MÜDDƏT ORADA YAŞAMAQ İSTƏYİRƏM" Uzun illər səhnədə, el şənliklərində yorulmadan oxuyan müğənni Könül Kərimova əməlli-başlı yorulduğunu hiss edir. Televiziya çəkilişlərini, vacib işlərini donduran sənətçi bağ evinə çəkilib və toplumdan uzaqda qalmağa qərar verib. Milli.Az-a açıqlama verən sənətçi yalnız el şənliklərindən imtina edə bilmədiyini bildirib: "El şənliklərinin siyahısı 2-3 ay əvvəldən tutulub, razılığımı vermişəm. İnsanları aldada bilmərəm. Ona görə toylara gedirəm və bu həm də mənim yeganə qazanc mənbəyimdir. Qalan bütün yaradıcı işləri dayandırmışam. Özümü tükənmiş, yorğun hiss edirəm. İnsanlardan yorulmuşam. Ümumiyyətlə, insanlardan bir müddət uzaqda olmaq istəyirəm. Əgər toylar olmasa, məmnuniyyətlə adaya gedərdim və heç kim mənə dəyib-dolaşmazdı. Bir müddət orada yaşamaq istəyirəm". Könül xanım yorğunluğunu illərlə "qazandığını" bildirdi. "Gənc yaşlarımda yorğunluq hiss etməmişəm. Yaşa dolduqca qəribə hisslər başlayır. Tez haldan düşürsən. Bu dəqiqə hovuzun kənarında oturmuşam, çay içirəm. Bağ evinin verdiyi bütün rahatlıqdan istifadə edirəm. Amma bu, dərdimə dərman deyil. İstirahətə mütləq gedəcəm. Çünki dincələ bilmirəm və hiss edirəm ki, yorğunluq məndə əməlli-başlı aqressiya, stres əmələ gətirib", - deyə sənətçi bildirdi. Geri qayıt |