Əsas Səhifə > Partiya > RÜSTƏM İBRAHİMBƏYOVA SİYASİ DƏSTƏK

RÜSTƏM İBRAHİMBƏYOVA SİYASİ DƏSTƏK


4-07-2012, 15:13
RÜSTƏM İBRAHİMBƏYOVA SİYASİ DƏSTƏK

QARABAĞ BLOKUNDAN GƏLDİ

Bu gün Ümid Partiyasının mərkəzi qərargahında Qarabağ blokunun növbəti toplantısı keçirilib. Toplantıda qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. İctimai-siyasi məsələlər kimi Prezident Administrasiyası İctimai-Siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənovun ötən həftə qəzet redaktorlarının və QHT rəhbərlətriylə görüşü, alternativ Kinomatoqrafçılar itifaqının yaranması, Azərbaycan-Türkiyə arasında imzalanan qaz sazişi, Ermənistan MN-nin Azərbaycanı Rusiya ilə hədələməsi, Azərbaycan-Türkmənistan münasibətləri, ABŞ-ın Azərbaycana silah satışına qoyulan embarqo müzakirə olunub. GUNDEMİNFO.AZ-a daxil olan məlumata görə, bu günlərdə Əli Həsənovun qəzet redaktorları və QHT rəhbərləri ilə görüşünü təqdir edən Blok təmsilçiləri vətəndaş cəmiyyəti üzvləri ilə bu cür təmasların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Lakin bu cür təmasların hakimiyyət tərəfindən ölkədə demokratiya görüntülərinin yaradılması cəhəti kimi yanaşılmasının yol verilməz olduğu bildirilib. Demokratik cəmiyyət quruculuğu üçün vətəndaş cəmiyyəti üzvləri ilə yanaşı müxalifət partiyaları ilə də təmasların yaradılması və əsl siyasi dialoqun başladılması zəruriliyini qeyd ediblər.

Qarabağ Bloku təmsilçilərin alternativ Azərbaycan kinomatoqrafçılar ittifaqının yaradılmasını təkcə R.İbrahimbəyova deyil, azad sözə, fikirə qarşı təzyiq kimi qiymətləndiriblər. R.İbrahimbəyovun hakimiyyəti tənqid edən fikirlərini nəzərə almaq əvəzinə onu susdurmağa yönəlmiş siyasət aparmaq tamamilə yanlış bir yoldur və hakimiyyətin köhnə taktikasıdır. Qarabağ Bloku ölkənin gələcəyini, sivil demokratik inkişafını istəyən mədəniyyət işçilərini İbrahimbəyova qarşı aparılan çirkin kompaniyada iştirak etməməyə çağırıb.

Blok təmsilçiləri Azərbaycan və Türkiyə arasında qaz sazişinin imzalanmasını təqdirə layiq hesab edib və bu sazişin Azərbaycanın suverenliyinin möhkəmlənməsinə, qardaş Türkiyə və Avropa ilə iqtisadi əlaqələrin genişlənməsinə yardım edəcəyini bildiriblər. Blok təmsilçiləri bu qaz kəməri tikintisinin 80%-nin Azərbaycanın öhtəsinə düşdüyündən bir narahatçılıq da ifadə ediblər. Korrupsiyalaşmış hakimiyyətin bu sazişin gerçəkləşməsində korrupsiya hallarına yol verəcəyinə narahat olan Qarabağ Bloku bu layihədə şəffaflığın təmin olunmasıyla bağlı tərəfdaş ölkələrə çağırış edib.

Qarabağ Bloku Ermənistan MN-nin Azərbaycanı Rusiya ilə hədələməsini Rusiyanın Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ilə əlaqələndiriblər. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu məsələdə neytral mövqe tutmalı olan Rusiya həmişə işğalçı Ermənistanı dəstəkləyib. Rusiyanın bu mövqeyi BMT nizamnaməsinə ziddir. Qarabağ bloku Ohanyanın bəyanatına Rusiyanın münasibət bildirməsini tələb edib.

Türkmənistanla Azərbaycan arasında son dövrlərdə yaranan gərginliyi narahatlıqla qeyd edən Qarabağ Bloku hər iki dövləti münasibətləri gərginləşdirməməyə, problemi dinc yolla həll etməyə çağırıb. Türkmənistan və Azərbaycan hakimiyyətlərinin bu mövqeyi türk dilli ölkələrin birliyinə zidd olduğu bildirilib.

Qarabağ Bloku ABŞ-ın ölkəmizə silah satışı ilə bağlı tətbiq etdiyi embarqodan narahatlığını ifadə edərək bu addımın ABŞ və Azərbaycanın təhlükəsizlik sahəsində etdiyi əməkdaşlığa zidd olduğunu bildirib. Qarabağ Bloku bu embarqonun aradan qaldırılaraq təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ABŞ hökumətinə çağırış edib.


Geri qayıt