Əsas Səhifə > Siyasət, Manşet > SƏFƏR ƏBİYEVƏ QARŞI YENİ HÜCUM DALĞASI
SƏFƏR ƏBİYEVƏ QARŞI YENİ HÜCUM DALĞASI5-07-2012, 13:39 |
BİRİNCİ MƏRHƏLƏDƏN UĞURLA ÇIXAN NAZİR YENİDƏN HƏDƏFƏ ALINIB DİA.AZ: - Bir müddət əvvəl cəbhə xəttində vəziyyətin gərginləşməsindən, evlərə yeni şəhid tabutlarının üz tutmasından sui-istifadə etməyə çalışan hakimiyyət içindəki müəyyən qüvvələr Müdafiə Naziri Səfər Əbiyevə qarşı geniş miqyaslı «hücum planını» icra etmək istəsələr də, sonradan geri çəkilməli oldular. Ən azından «Səfər Əbiyevi şəhid qanında boğun» təlimatını verən qüvvələr ictimai qınaq faktorunu nəzərə almalı idilər ki, bunu etməmələri də onların ən böyüe yanlışı oldu. Har halda, cəmiyyətin şəhid qanı ilə alver etməyə cəhd edənləri normal qarşılayacağı gözlənilən deyildi. Hətta Səfər Əbiyevin boğaza qədər günah içində olması halında belə, onun rəqiblərinin məhz qeyd olunan şəkildə nazirin üzərinə yerimələrinin effektiv olmayacağı ilk başdan görünməkdə idi. Amma Səfər Əbiyev təbliğat müstəvisində əldə etdiyi qələbəsindən heç də eyforiyaya qapılmamalıdır. Çünki artıq rəqib cinahın yeni hərəkətlənmə ovqatında olduqları barədə xəbərlər gəlməkdədir. Bu barədə DİA.AZ-a hökumət içindəki məlumatlı dairələrdən ötürülən informasiyada bildirilir ki, Səfər Əbiyevin Müdafiə Naziri postundan alınması üçün ciddi tədbirlər planı hazırlanır: «Yenə də ictimai rəyə hesablanmış addımlar atılacaq». Amma bu arada maraqlı bir məqam da var. Xatırladaq ki, keçən il prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri general Vahid Əliyev Müdafiə Nazirliyinə aid hərbi quruluşlarda təftiş işləri həyata keçirdi ki, bu yoxlamaların da məhz Səfər Əbiyevə rəqib cinahın basqıları altında baş tutduğu söylənilirdi. Doğrudur, Vahid Əliyevin həyata keçirdiyi yoxlamaların yekun hesabatında MN rəhbərliyini təhdid edə biləcək hər hansı fakta rast gəlinmədi. Amma bildirildi ki, əslində yekun hesabatın Səfər Əbiyevin xeyrinə hazırlanması nazirin qələbəsinin təzahürü idi və bunun əksi mümkün də deyildi. Məlumatlara görə, amma buna baxmayaraq özünü Səfər Əbiyevin yerinə hazırlıqlı görən Vahid Əliyev əldə etdiyi real faktları, hansılar ki, yekun hesabatda yer almayıb - həmin faktları geniş ictimaiyyətə təqdim etməyə hazırlaşır. Bu barədə məlumatı verən qaynağın iddialarına görə, əslində sözügedən yoxlamalar zamanı çox ciddi faktlar aşkarlanıb: «Hətta Müdafiə Nazirliyinə aid hərbi birləşmələrin bəzilərində ciddi korrupsiya faktları da aşkara çıxarılıb. Lakin Vahid Əliyev bu faktlardan yararlana bilmədi. İndii isə zaman yetişib. Prezidentin müşaviri əlindəki faktları ictimailəşdirmək niyyətindədir». Məlumatlara görə, Səfər Əbiyevə qarşı yeni təbliğat kampaniyasının əsasını da məhz Vahid Əliyevin əldə etdiyi faktlar təşkil edəcək: «İnanın ki, bu faktlar nəinki Səfər Əbiyevi, bütün lükdə olaraq Müdafiə Nazirliyinin rəhbərliyini istefaya göndərəcək qüdrətdədir». Geri qayıt |