Əsas Səhifə > Dünya > SLOVENİYA ÖNCƏ ŞİKAYƏTLƏNİB
SLOVENİYA ÖNCƏ ŞİKAYƏTLƏNİB25-10-2011, 11:47 |
SONRA MƏĞLUBİYYƏTİNİ ETİRAF EDİB Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi beynəlxalq mediada geniş əks-səda doğurub. APA-nın məlumatına görə, CNN-in BMT-dəki səsverməyə dair reportajında qeyd olunur ki, Azərbaycan və Sloveniya beşinci yer uğrunda mübarizədə dalana dirənib: “Lakin 16 raundluq səsvermədən - Azərbaycan açıq-aşkar favorit olandan sonra Sloveniya namizədliyini geri götürdü”. “Azərbaycan 2012-ci ildən başlayaraq Təhlükəsizlik Şurasında Şərqi Avropanı təmsil edəcək”. Bunu isə “Amerikanın səsi” radiosu reportajında qeyd edib. Radionun bildirdiyinə görə, 193 səsdən 155-nə yiyələnən Azərbaycan 17-ci turda qələbəni təmin edib: “Azərbaycanın əsas rəqibi olan Sloveniya səsvermənin gedişindən şikayətlənsə də, sonda məğlubiyyətini tanımalı olub”. Dünyanın digər nüfuzlu media orqanı olan “The Assosiated Press” agentliyi isə bildirir ki, BMT-dəki səsvermədə Azərbaycana göstərilən dəstək rəqib Sloveniyanı namizədliyini geri götürməyə vadar edib. Agentlik BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlüyün nə kimi fayda verə biləcəyinə də toxunub: “Təhlükəsizlik Şurasında üzvlük ona görə çox arzu olunan vəzifədir ki, bu yer, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində ölkələrə güclü səs hüququ verir”. Azərbaycanın BMT-yə seçilməsinə erməni mətbuatı da biganə qalmayıb. Düşmən mediasında əsasən Azərbaycanın bu uğuruna kölgə salmaq cəhdləri müşahidə edilir. Bununla belə, erməni jurnalistlər Azərbaycanın BMT-yə üzvlüklə bağlı kampaniyaya hələ xeyli əvvəl başladığını, bunun nəticəsində də istədiyinə nail olduğunu etiraf etmək məcburiyyətində qalıblar. Geri qayıt |