Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BEYLƏQANDA YOL MAXİNASİYASI

BEYLƏQANDA YOL MAXİNASİYASI


6-07-2012, 12:09
BEYLƏQANDA YOL MAXİNASİYASI

İCRA BAŞÇISI PREZİDENTİN AYIRDIĞI PULLARI NECƏ YEYİR?

Bir müddət əvvəl prezident İlham Əliyev Beyləqan-Ağcabədi yolunun çəkilməsi üçün Beyləqan İcra hakimiyyətinə 6 milyon manat ayrılması haqqında sərəncam imzalamaışdı. Qeyd edək ki, həmin yol Bolsulu, Təzəkənd, Kəbirli, Minstroy və Sirik yaşayış sahələrini Ağcabədinin Qaradolaq magistralına birləşdirməlidir. Elə həmin Qaradolaq yolunun çəkilməsi üçündə prezident 4 milyon manat ayırmışdı. Hazırda xalq arasında artıq Kəbirli adı verilən Beyləqan-Ağcabədi yolunun çəkilməsi üçün iş gedir. Amma necə?

PİA.AZ-a daxil olan məlumata görə yolun çəkilməsi üçün keçirilən tenderi heç kimin tanımadığı bir şirkət qazanıb. «Ertac» adlanan bu şirkət İmişli Yol İstismar İdarəsinin müdiri Şükür Məmmədova məxsusdur. «Ertac» şirkətinin nə zaman yarandığı, hansı nizamnamə kapitalına sahib olduğu və nə zaman qeydiyyatdan keçdiyi bəlli deyil. Ən əsası bu şirkət heç vaxt belə layihələri həyata keçirməyib və yol çəkilişi üçün şirkətin ixtisaslı mütəxəsisləri yoxdur. «Ertac» şirkətnin tenderi qazanmasının tək səbəbi Şükür Məmmədovun Beyləqan İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə yaxın münasibətlərdə olmasıdır.

Mənbənin sözlərinə görə Vaqif Abdullayev duru başından prezidentin ayırdığı 6 milyonunun 2 milyonunu götürüb və Şükür Məmmədova tapşırıb ki, 4 milyonla yolu çəkməlidir. Mənimsədiyi 2 milyonun əvəzinə isə Beyləqanının Karyer deyilən ərazisindən «Ertac» şirkətinə pulsuz çınqıl daşı daşımaq izni verib. Şükür Məmmədov isə Karyerə iki ekskovator yerləşdirib və gecə gündüz ağır yük maşınları Kəbirli yoluna çınqıl daşıyırlar. «Ertac» şirkətinin məsul işçiləri bu çınqılın bir qismini yolda satsalarda, bir qismi Kəbirli yoluna tökülür. Amma bu işin tragikomik tərəfi də var. Ağır yük maşınları normadan çox yükləndiyi üçün qısa bir müddət əvvəl istifadəyə verilən Beyləqan Daşburun yolunu demək olar ki, sırada çıxarıblar. Artıq yolda əmələ gələn çalalardan minik maşınları bu yolda hərəkət edə bilmirlər. Yəni Vaqif Abdullayevlə Şükür Məmmədov əl-ələ verib qaş qayırdıqları yerdə vurub göz çıxardılar.

Mənbənin sözlərinə görə hazırda çəkilən Kəbirli yolu isə heç bir standartlara cavab vermir. Bunu Şükür Məmmədov da bildiyi üçün artıq «qazandığı tenderdən» imtina etmək istəyir. Amma Vqif Abdullayevdən aldığı cavab onu işi davam etdirməyə məcbur edir. Çünki Vaqif Abdullayev ona bildirib ki, ya bu yol təhfil verilməlidir, ya da o, həbsxanaya gedəcək. Vəssəlam.

Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq…


Geri qayıt