Əsas Səhifə > Partiya > LALƏ ŞÖVKƏT AZƏRBAYCANDAN KÖÇDÜ

LALƏ ŞÖVKƏT AZƏRBAYCANDAN KÖÇDÜ


6-07-2012, 12:14
LALƏ ŞÖVKƏT AZƏRBAYCANDAN KÖÇDÜ

ONUN ÇOXDAN BELƏ BİR TƏDARÜKDƏ OLDUĞU BİLDİRİLİR

Azərbaycan Liberal Partiyasının lideri, tanınmış siyasi xadim Lalə Şövkət Hacıyeva ölkədən köçüb. Bu barədə məlumat GUNDEMİNFO.AZ-a adıçəkilən parityadan verilib. Məlumata əsasən son bir ildə heç bir siyasi partiya lideri ilə təmaslar qurmayan, tədbirlərə qatılmayan xanım partiya lideri əslində ölkəni tərk etmək üçün hazırlıqlar görürmüş.

Məlumata əsasən Lalə Şövkət artıq ALP-nin qərargah kimi istifadə etdiyi şəxsi mənzilindən də imtina edib. Və bu mənzilini partiya üzvlərindən birinin adına rəsmiləşdirərək ondan imtina edib.

Bundan başqa bildirilir ki, sabiq dövlət katibi Azərbaycanı tərk edərək Rusiyanın paytaxtı Moskvaya köçüb. Saytımıza məlumat verən mənbə iddia edir ki, yaxın zamanlarda xanım Şövkət bəyanatla çıxış edərək siyasətdən getdiyini də bildirəcək.

Geri qayıt