Əsas Səhifə > Gündəm, Manşet > GƏNCLƏRİMİZDƏN FARS-MOLLA REJİMİNƏ HƏDƏ

GƏNCLƏRİMİZDƏN FARS-MOLLA REJİMİNƏ HƏDƏ


7-07-2012, 11:24
GƏNCLƏRİMİZDƏN FARS-MOLLA REJİMİNƏ HƏDƏ

ƏGƏR ŞAİRLƏRİMİZ EDAM OLUNARSA, İRANM SƏFİRLİYİ ƏLƏ KEÇİRİLƏCƏK

DİA.AZ: - İranda girov tutulan gənc şairəlrimizin taleyi artıq ölkə ictimaiyyətinin əndişəsinə səbəb olub. Belə ki, iki gün əvvəl İranın xüsusi xidmət orqanlarının rəhbərliyi tərəfindən rəsmən şairlərimizə qarşı casusluq ittihamı irəli sürüldü ki, İranın yerli qanunlarına görə, onları edam cəzası gözləyir.

Bildirək ki, bu məsələ ilə əlaqədar Azərbaycan ziyalıları İranın ali dini və dövlət rəhbərliyinə müraciətlər ediblər. Bu gün isə Azərbaycanda fəaliyyət göstərən Bütöv Azərbaycan Gənclər Təşkilatı adından bəyanat yayılaraq rəsmi Tehranın ünvanına sərt hədələr səsləndirilib.

DİA.AZ-a daxil olan bəyanatın mətnində deyilir:

«İranda saxlanılan iki vətəndaşımız Fərid və Şəhriyara qarşı fars-molla rejiminin məlum münasibəti, əslində İranın bir dövlət olaraq Azərbaycana qarşı düşmənclik siyasətinin bir nümunəsidir.

İran saytlarının hər iki vətəndaşımızın edam olunacağını anons etməsi və bunun da qarşılığında rəsmi Bakının həddindən artıq hövsələli davranması heç də doğru yanaşma deyil və BAGT tərəfindən qətiyyətlə pislənilir».

Daha sonra bəyanat müəllifləri hər iki şairimizin taleyinə olduqca həssas yanaşdıqlarını bildirərək vurğulayırlar: Azərbaycan türk gəncliyi olaraq həm fars-molla rejiminə və həm də Azərbaycan hakimiyyətinə bəyan edirik ki, əgər şairlərimiz edam olunarsa, o zaman İranın Azərbaycandakı səfirliyindən fars-molla bayrağını endirib, yerində Güney Azərbaycan türklərinin bayrağını ucaldacağıq. Hər kəs anlamalıdır ki, rəsmi Bakı başqa, Azərbaycan xalqı başqa».

Geri qayıt