Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TEHRANDAKI SƏFİRLİYİMİZ YATIBMI?

TEHRANDAKI SƏFİRLİYİMİZ YATIBMI?


7-07-2012, 13:18
TEHRANDAKI SƏFİRLİYİMİZ YATIBMI?

“CASUSLUQLA BAĞLI MƏLUMATI MƏTBUATDAN ALMIŞIQ”

İranda saxlanılan azərbaycanlı gənc şairlərin casusluqda ittiham olunması ilə bağlı məlumatı mətbuatdan almışıq. Bunu SalamNews-a Azərbaycanın İrandakı səfirliyinin ikinci katibi Natiq Zülfüqarlı bildirib.

İkinci katib İranda saxlanılan Şəhriyar Hacızadə və Fərid Hüseynin vəziyyətinə dair sualı cavablandırmaqdan imtina edib. N.Zülfüqarlı deyib: “Mən bu barədə sizə heç bir şeyə deyə bilməyəcəm. Çünki, mənim buna ixtiyarım yoxdur. Bu gün səfirlik işləmir, sadəcə burada növbətçiyəm. Əgər bu barədə məlumatlı olsam belə, bunu sizə deməyə səlahiyyətlərim yol vermir”.

Xatırladaq ki, mayın 2-də Azərbaycanın iki gənc şairi - Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseyn Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs edilib. Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi İran tərəfinə 5 Nota göndərib.

Geri qayıt