Əsas Səhifə > Şou-biznes > ŞOU-BİZNESDƏ DAHA BİR QALMAQAL

ŞOU-BİZNESDƏ DAHA BİR QALMAQAL


7-07-2012, 13:48
ŞOU-BİZNESDƏ DAHA BİR QALMAQAL

MƏLEYKƏ ƏSƏDOVA ZABİR ƏLİYEVİ TƏHQİR ETDİ

Xalq artisti Lider televiziyasının aparıcısını cinsi azlıq və "aradüzəldən" adlandırdı

Şou biznesdə yeni bir qalmaqal start götürüb. Bu dəfə qalmaqalın episentrində Lider televiziya kanalının aparıcılarından biri Zabir Əliyev və xalq artisti Məleykə Əsədovadır. Bir müddət əvvəl aparıcının aktrisanın ünvanına söylədiyi tənqidi fikirlər ikincinin möhkəm qəzəbinə səbəb olub. Xalq artisti facebook profilində bu barədə kəskin fikirlərini bölüşməkdən belə çəkinməyib. Onun ifadələri tənqid kontekstindən çıxsa da, obyektivlik naminə sizlərə təqdim edirik. Məleykə Əsədova yazır: “Ay yazıq, musiqi, mahnı ifa eləmək mənim hobbimdir. Dəfələrlə tv-lərdə söyləmişəm! Zabir, sənin kimi səviyyəsiz, kanalda intervu verməklə özünü reklam etdin. Sənin kimi geylər efiri ləkələyir! Yuxarıda oturanlara “mamarozalıq” edib çerez qız düzəldirsən özünü. Onlara arxalanıb göylə getmə. Sənin axırın ola bilər hər an, hər saniyə, xəbərdarlıq!”

Xatırladaq ki, bir müddət əvvəl Zabir Əliyev televiziya kanallarının birində qonaq olarkən xalq artisti Məleykə Əsədovanın mahnı oxumasına rişxənd edərək demişdi: “Mən yenə deyirəm, bunu dəfələrlə demişəm: “Bilsəm ki, mən Məleykə Əsədova kimi oxuyuram ümumiyyətlə oxumaram”... Olanı deyirəm də”.

Adətən bu yerdə müəllifin son sözünü oxuyursunuz. Bu dəfə son söz yerinə xalq artistinin işlətdiyi qeyri-etik kəlmələrə görə sizlərdən üzr istəməli oluram...

Geri qayıt