Əsas Səhifə > Partiya > SABİRABADDA ŞOK REPRESSİYALAR BAŞLADI

SABİRABADDA ŞOK REPRESSİYALAR BAŞLADI


7-07-2012, 13:52
SABİRABADDA ŞOK REPRESSİYALAR BAŞLADI

BİR NEÇƏ KƏNDƏ QARAMASKALILAR BASQIN EDİB

İyulun 7-nə keçən gecə Sabirabadın Kür daşqınından əziyyət çəkən kəndlərinə polis basqını olub. Gunxeber.com-un məlumatına görə, bununla bağlı AXCP Sabirabad rayon şöbəsi məlumat yayıb.

Həmin məlumatı təqdim edirik: ”Bu gecə Sabirabadın Kür daşqınından əziyyət çəkən Minbaşı, Poladtoğay, Azadkənd Çağırğan, Xankeçən və o ətrafdakı başqa kəndlərin əhalisinə Sabirabad polisi qara maskalılarla bərabər divan tutublar. 7-8 polis maşını ilə kəndlərdə böyük sürətlə hərəkət edib səs siqnalları ilə camaatı vahiməyə salıblar. Küçələrdə kimi görüblərsə, söyüb təhqir edib, maşına mindirb naməlum istiqamətə apararaq sonra sərbəst buraxıblar. Hətta Poladtoğay kənd sakini 61 yaşlı Rəsulov Rafiq Yusif oğlunu döyüblər. Məqsəd onların haqlarını tələb etmələrindən imtina etmələrinə nail olmaqdı”.

Geri qayıt