Əsas Səhifə > Sosial, Manşet > QAZAXIN İCRA BAŞÇISI KÖHNƏ YOLU GEDİR

QAZAXIN İCRA BAŞÇISI KÖHNƏ YOLU GEDİR


8-07-2012, 15:07
QAZAXIN İCRA BAŞÇISI KÖHNƏ YOLU GEDİR

AYAZ ƏSGƏROV DA RÖVŞƏN NƏBİYEVİ ÖZÜNƏ KASSİR KİMİ MÜƏYYƏN EDİB

DİA.AZ: - 2011-ci ildə antikorrupsiya tədbirlərinin qızğın vaxtlarında həyata keçirilən islahatlar zamanı Qazax rayonuna başçı təyin edilən Ayaz Əsgərov artıq hansı şəraitdə görəv başına gətirilməsini də tam olaraq unudub. Hər halda, görüntüdə olanı budur. Və bu gün Ayaz Əsgərovla bağlı şikayətlərin durmadan artması və bu şikayətlərin böyük əksəriyyətinin məhz rüşvət və yeyinti faktları ilə əlaqədar olması da deyilənləri təsdiqləməkədədir.

Xatırladaq ki, Ayaz Əsgərov keçmiş icra başçısı Rauf Hüseynovun yerinə Qazaxa rəhbər göndərilib. Sabiq icra başçısına qarşı Qazax sakinləri adından ittihamlar isə günü bu gün də yağdırılmaqdadır. Belə ki, DİA.AZ-a daxil olan həmin məlumatların birində vurğulanırdı ki, Rauf Hüseynovun kassirlərindən - pulyığanlarından biri kimi tanınan Qazax icra nümayəndəsi Rövşən Nəbiyev barəsində respublika prokurorluğunda cinayət işi də qaldırılıb. Özü də korrupsiya ittihamı ilə.

Amma nədənsə bunca ittihamların səslənməsinə baxmayaraq, yeni icra başçısı Ayaz Əsgərov da Rauf Hüseynovun kadrından imtina etmir ki, bunun da sən demə, nədənləri var imiş. Qazaxdakı qaynaqların DİA.AZ-a bildirdiyinə görə, bu gün rayonda həm də böyük biznes imkanlarına malik birisi kimi tanınan Rövşən Nəbiyev əslində həm də Ayaz Əsgərovun kassirinə çevrilib və bu gün köhnə başçı ilə olan münasibətlərini Ayaz Əsgərovun timsalında davam etdirir.

Hər halda, Rövşən Nəbiyevin xidmətlərindən yararlanması yeni başçıya baha başa otura bilər. Çünki bir başqa qaynaqların bildirdiyinə görə, antikorrupsiya dönəminin başçılarından biri kimi tanınan Ayaz Əsgərova hələ Qazaxa göndərilməmişdən öncə prezidentin adından belə bir təlimat verilibmiş ki, onun adı əgər hansısa korrupsiya qalmaqalında hallanacaqsa, həmin gün də istefa verməli olacaq.

Artıq ortada ilk faktlar var. Deməli, Ayaz Əsgərovu istefaya aparan yollar daha da qısalmaq üzərədir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt