Əsas Səhifə > Partiya > İCTİMAİ PALATADA GƏRGİNLİK DAVAM EDİR

İCTİMAİ PALATADA GƏRGİNLİK DAVAM EDİR


9-07-2012, 12:15
İCTİMAİ PALATADA GƏRGİNLİK DAVAM EDİR

“AXCP SƏDRİNİN MÜAVİNİ YALAN DANIŞIR”

Müsavat başqanın müavini Gülağa Aslanlı AXCP sədrinin müavini Asəf Quliyevin Müsavat Partiyası ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Modern.az saytına açıqlamasında A.Quliyevi yalan danışmaqda ittiham edib.

“Asəf Quliyevin fikirlərinin heç bir əsası yoxdur. O, nədənsə son zamanlar Müsavat Partiyası haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Müsavat Partiyasında AXCP-yə qarşı heç bir qruplaşma, birlik yoxdur. Bu fikirlər yalnışdır. Belə çıxış edirsinizsə, fikrinizə əsas gətirin ki, kimlər sizə qarşı çıxış edirlər. Hesab edirəm ki, Asəf Quliyevin haqqımızda səsləndirdiyi fikirlər partiyalarımız arasındakı münasibətlərə mənfi təsir göstərə bilməz”, -deyə G.Aslanlı vurğulayıb.

Qeyd edək ki, AXCP sədrinin müavini Asəf Quliyev əsas mütəfiqləri olan Müsavat Partiyasında onlara qarşı birliyin yarandığını iddia edib. O, bildirib ki, AXCP ilə Müsavat Partiyasının münasibətləri bu gedişlə gərginləşəcək.

Geri qayıt