Əsas Səhifə > Partiya > ARAZ ƏLİZADƏ MÜTƏLLİBOVU İNHİSARA ALIB?

ARAZ ƏLİZADƏ MÜTƏLLİBOVU İNHİSARA ALIB?


9-07-2012, 13:13
ARAZ ƏLİZADƏ MÜTƏLLİBOVU İNHİSARA ALIB?

“HEÇ KİM AYAZ MÜTƏLLİBOVU NARAHAT ETMƏSİN”

“O nə həmsədr, nə də üzvümüzdür, sadəcə dostuq...”

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə eks-prezident Ayaz Mütəllibovun Bakıya qayıdışından sonra ictimaiyyətə çağırış edib. Partiya sədri Modern.az-a açıqlamasında Ayaz Mütəllibovu bir neçə gün narahat etməməyə çağırıb:

“Mən Ayaz bəyi aeroportda qarşılayanda hər kəsə dedim ki, onu bir həftə, on gün ərzində heç kim narahat etməsin. Nə dostları, nə yaxınları ... Artıq iki gündür Ayaz Mütəllibov Bakıya gəlib. Mən onu hava limanında qarşılayandan sonra görməmişəm, haqqında da yeni heç bir məlumatım yoxdur. O, artıq nə həmsədrdir, nə də partiya üzvü. Ayaz bəy sadəcə dostumdur. Biz də dost olaraq hər zaman onun yanındayıq. Sadəcə mən hər kəsdən xahiş edirəm ki, bir neçə gün Ayaz bəyi narahat etməsinlər. Vaxtı çatanda görüşlər də olacaq, açıqlama da”.

Qeyd edək ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 20 illik mühacirət həyatından sonra iyulun 7-də vətənə qayıdıb.

Geri qayıt