Əsas Səhifə > Dünya > QURBANQULU BİR NAZİRLİYİ İKİ YERƏ BÖLDÜ

QURBANQULU BİR NAZİRLİYİ İKİ YERƏ BÖLDÜ


9-07-2012, 13:15
QURBANQULU BİR NAZİRLİYİ İKİ YERƏ BÖLDÜ

TÜRKMƏNİSTANDA SKTRUKTUR İSLAHATLARI KEÇİRİLİR

İyulun 9-da Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətdə yeniliklər edib. “Media forum” saytı xəbər verir ki, Berdiməhəmmədovun sərəncamı ilə Sənaye və Energetika Nazirliyi iki yerə bölünüb.

Əvvəlki sənaye və energetika naziri Mırat Artıkov energetika naziri, nazirliyin tikinti materialları şöbəsinə rəhbərlik edən Babaniyaz İtalmazov isə sənaye naziri postuna təyinat alıb.

İşdən çıxarılan kənd təsərrüfatı naziri Mərdan Bayramovun yerinə onun müavini Rəcəb Bazarov keçib. Baş nazirin müavini Nökərqulu Ataquliyev başqa işlə keçməsi ilə əlaqədar tutduğu vəzifəsindən azad olunub.

Türkmənistanda hökumətə prezident başçılıq edir.


Geri qayıt