Əsas Səhifə > Şou-biznes > AZƏRBAYCANLI MÜĞƏNNİNİN EVİNDƏN CADU TAPILDI

AZƏRBAYCANLI MÜĞƏNNİNİN EVİNDƏN CADU TAPILDI


9-07-2012, 13:20
AZƏRBAYCANLI MÜĞƏNNİNİN EVİNDƏN CADU TAPILDI

GÜL DİBÇƏYİNİN İÇİNDƏN SÜMÜK ÇIXDI

Milli.Az-a açıqlama verən populyar estrada müğənnisi Ayan Babakişiyeva hadisəni belə nəql edir: "Caduya bir o qədər inamım olmasa da, evimizdə işləyən xanımın aşkarladığı bu fakt məni xeyli məyus etdi. Balkondakı dibçəkləri suladığı vaxt torpağın içindən sümük tapması hamımızı təlaşlandırdı. Nə it, nə də başqa heyvanın sümüyünə oxşayırdı.

Tanıdığım din xadimlərindən birinə göstərdim. Məlum oldu ki, aşılanmış bu sümük insana məxsusdur. Tam detallarını öyrənməsəm də, bu cadunun pis niyyətlə olunduğu dəqiqləşdi".

Danışdıqca ürəyi boşalan sənətçi ona atılan daşın hansı ünvandan gəldiyini də özlüyündə müəyyənləşdirib: "Həmin şəxs nə həmkarımdır, nə şou-biznesə aidiyyatı var.
Tanıdıqlarımdandır.

İnternet istifadəçisi kimi barəmdə yer alan xəbərlərə gecə-gündüz şərh yazdığını nəzərə alıb, sözümü elə Milli.Az vasitəsi ilə ona çatdırmağı lazım bilirəm. Məlumun olsun ki, məni və əzizlərimi Allah-Təala öz pənahında saxlayır. Din xadimi olan dostumuz da təsdiqlədi ki, evimizdəki dualar bəd nəzərlərə qarşı çox davamlıdır. Bu səbəbdən narahat deyiləm. Qoy Allah nankor, bədxah insanların özü cəzasını versin".


Geri qayıt