Əsas Səhifə > Gündəm, Manşet > SABİRABADDA YENİ SİYASİ HƏBSLƏR GÖZLƏNİLİR

SABİRABADDA YENİ SİYASİ HƏBSLƏR GÖZLƏNİLİR


9-07-2012, 13:41
SABİRABADDA YENİ SİYASİ HƏBSLƏR GÖZLƏNİLİR

HAKİMİYYƏT BU AKTİV RAYONU PASSİVLƏŞDİRMƏK FİKRİNDƏN VAZ KEÇMİR

DİA.AZ: - Hakimiyyətin hər zaman aktiv - öz problemlərinə biganə qalmayan, fəal şəkildə etirazlar edən kütlədən ehtiyatlanması bir faktdır. Elə buna görə də son günlər sel daşqınlarından əziyyət çəkmiş rayonlarımızdan birində - Sabirabadda az qala Stalin dövrünün repressiyalarına bənzər hadisələr yaşanmaqdadır. Elə keçmiş icra başçısı Rauf Həbibovun devrilməsi ilə nəticələn Qubadakı 1 Mart hadisələrinin ardından cərəyan edən tuthatut da sözügedən faktorla birbaşa bağlıdır. Yəni YAP iqtidarı haqqını tələb edənləri qəbul etmir.

Bir daha xatırladırıq ki, Sabirabad sakinləri də bu qəbildən davamlı etirazlar təşkil etmələri ilə diqqətə gəldikdərindən keçən həftə rayonun aktiv hesab olunan kəndlərində polis və qaramaskalılardan ibarət bir dəstənin vahiməli avto-yürüşü də həyata keçirilmişdi.

Bununla əlaqədar hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən DİA.AZ-a ötürülən məlumatda bildirilir ki, əslində Sabirabada yeni kütləvi həbslər dalğası planlaşdırılır: «Bu bölgənin sakinləri ilə bağlı məsələ hələ «Ərəb Baharı» sezonunda diqqətə gəlmişdi. Belə ki, bir-birinin ardından şəkli dəyişən ərəb ölkələrinə Azərbaycandan yalnız Kürqırağı rayonların, xüsusən də Sabirabadın timsalında anoloji əks-sədalar verildi. Ki, bunu da YAP iqtidarı unuda bilməz».

Mənbəmiz bildirir ki, hər zaman sözügedən bölgəni özü üçün təhlükə hesab edən hakimiyyət hələ Pənah Hüseynin Sabirabaddakı parlament seçkilərində qalib gəlməsindən məsələni ciddiyə alıb: «Son olaylar isə daha da ciddi qərarların verilməsinə gətirib çıxardı. Artıq yeni kütləvi həbsin planlaması gedir. Kimlər həbs olunacaq o da məlumdur. Amma bəzilərinin başqa ittihamla həbsi də gözlənilir».

Onu da bildirək ki, Sabirabad polisi tərəfindən bir neçə gün əvvəl ictimai fəal İlham Əmiraslanov həbs olunub və eyni zamanda bu günlərdə azadlığa buraxılan «Kür» təşkilatının koordinatoru Oqtay Gülalıyevlə bağlı cinayət işi də sözügedən rayon polisinin inhisarındadır.


Geri qayıt