Əsas Səhifə > Güney Press, Araşdırma > İCRA BAŞÇISI BƏLƏDİYYƏ SƏDRİNİ BAYILTDI

İCRA BAŞÇISI BƏLƏDİYYƏ SƏDRİNİ BAYILTDI


9-07-2012, 14:14
İCRA BAŞÇISI BƏLƏDİYYƏ SƏDRİNİ BAYILTDI

VİLYAM HACIYEVDƏN YENİ PULTOPLAMA KAMPANİYASI

İmişli rayonu və rayonun məhşur işra başçısı, Müasir Müsavat Partiyası sədri Hafiz Hacıyevin əmisi oğlu vilyam Hacıyevlə bağlı redaksiyamıza daxil olan məlumatlar səngimək bilmir. Ümumiyyətlə Vilyam Hacıyev və onun rəhbərliyi altındakı İmişlilidə baş verənlər ardı-arası kəsilmədən redaksiyamıza anındaca mənbələr tərəfindən çatdırılmaqdadır.

Son məlumatlar isə daha ilgincdi. Mənbənin məlumatına görə, ölkə prezidentinin İmişlinin sosial-iqtisadi inkişafı üçün ayırdığı vəsait Vilyam Hacıyevə bəs etməyib və icra başçısı yerli icra nümayndələri, eyni zamanda bələdiyyə sədrlərindən hər birindən 5000 min AZN toplaamağa başlayıb. Mənbənin məlumatına görə.

V.Hacıyev bu pulu rayonda abadlıq və quruculuiq adı ilə yığır. Maraqlıdır ki, dövlət başçısının rayonun abadlıq və qurucukuğu yönündə ayırdığı pul hara xərcləndi. Məlumata görə. V.Hacıyev prezidentin bu ilin sentyabr-oktyabr aylarında rayona səfərini bildiyindən indi məmurların pulu hesabına rayonu abadlaşırmağa qalxıb.

Məlumata görə hər bir kənd icra nümayəndəsi və bələdiyyə sədrləri məcburi şəkiləd bu pulu verməyə məhkum ediliblər. Hətta Buludlu bələdiyyəsinin sədrindən bu pul istəndiyində, yazıq adam pulun miqdarının eşidərək özündən gedib. Bələdiyyə sədrinin dodağının çuxladıan rəqəm bir sıra yerli icra və bələdiyyə səfirlərini çıxılmaz vəziyyətə saldığı deyilir.

“ZaminBankı”n yerli şöbəsində “Kazımlılar faizi”

İmişli rayonu ilə bağlı daha bir məliumat isə ondan ibarətdir ki, “ZaminBankı”ın İmişli rayon filalının rəhbəri, millət vəkili Xanhüseyin Kazımlının qardaşı oğlu Rəmzi kazımlı ilə bağlıdı. Məlumata görə, bankın kridit şöbəsinddə Xanhüseyn kazımlının digər qardaşı oğlu Dəyanət Kazımlıdır ki, kazımlılar bankdakı tutduqları vəzifələrdən suistifadə edərək əhaliyə bildikləri kimi faizlər müəyyənləşdirməkdədirlər.

Mərkəzi Bankın kriditlərin verilməsi ilə bağlı müəyyənmləşdirdiyi faiz dərəcələrini diqqətə alsaq, burda “ZaminBankı“ın yerli filalının kridit alan insanların birinə 36, digərinə 28, bir başqasına ayrı bir faizlə kridit verməsi doğrusu qanununların kazımlılar tərəfindən ciddi şəkilədə pozulduğunun bariz nümunəsidi. Məlumata görə. Bəzi vətəndaşlar kazımlıların nəzarətində olan filaldan kridit almaq üçün mənzillərini və ya ba hər hansı bir daşınmaz əmlakların girov qoysalarda, sonradan həmin əmlaklarının itirmə təhlükəsi ilə belə üzləşirlər.

Məlumata görə. Faizlərin yüksək olması əhalinin götürülən kriditin ödənilmsidə öroblemlər yaratmaqdadır. Bu məlumatın ciddiliyini və millət vəkili xanhüseyn kazımlının qardaşı uşaqları olduğunu diqqətə alaraq, xalqın hüquqlarının əsas qoruyucularından biri olan Xanhüseyn Kazımlı ilə əlaqə yaradıb məsələyə münasibətin öyrənmək istədik.Amma mövcud telefonları bağlı olduğundan hörmətli millət vəkilinin münasibətini öyrənə bilmədik.

Redaksiya olaraq,“ZaminBank”ın İmişli filalının rəhbəri Rəmzi Kazımlınında mövqeyin dərc etməyə hazırıq. \ veteninfo.az \


Geri qayıt