Əsas Səhifə > Güney Press, Araşdırma > BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GİZLİ RÜŞVƏT

BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GİZLİ RÜŞVƏT


10-07-2012, 13:07
BAKI SLAVYAN UNİVERSİTETİNDƏ GİZLİ RÜŞVƏT

BUNDAN REKTORUN XƏBƏRİNİN OLMADIĞI DEYİLİR

Bu barədə məlumatı PİA.AZ-a universitetin tələbələri məlumat veriblər. Tələbələr deyirlər ki, imtahan başlayan kimi rüşvət də başlayır. Universitetin 2-ci korpusunda, jurnalistika-filologiya fakultələrinin dekanları İbrahimpaşa Babayev və Səfər Məmmədov yığıma başlayıb. İbrahimpaşa Babayev rus dilli, Səfər Məmmədov isə Azərbaycan dilli fakultələrə nəzarət edir.

Mənbənin sözlərinə görə bu, iki dekan həmin korpusu əllərində fırladırlar. Hər bir dekanın bir pul yığımına baxan bir köməkçisi var. İ.Babayevin nəzarətində olan qruplardan onun köməkçisi Lətifə adlı "koməkçisi", S.Məmmədova çatacaq pulları isə onun müavini Namiq Qafarov yığır. Pul imtahandan əvvəl verildikdə 100 manat, kəsildikdən sonra isə 200 manat olur. Amma dekan köməkçiləri pulun hamsını mənimsəmirlər. Belə ki, onların pulun tən yarısını universitetin dekanlarına çatdırırlar. Adı çəkilən dekanlar özləri tələbələrlə üz-göz olmaq istəmədiyindən bu cür variantlardan istifadə edirlər. Həmçinin, bu İ.Babayev və S.Məmmədov imtahanların gedişatına şəxsən özləri ciddi nəzarət edirlər.

Tələbələr qeyd edirlər ki, Universitetin 2-ci korpusu əsas binadan ayrı olduğuna görə bu cür əməllərə yol verilir. Əgər rektor belə şeyləri bilsə, həmin müəllimi, dekanı işdən azad edər. Tələbələr bildirirlər ki, onların rektor Kamal Abdulladan heç bir şikayətləri yoxdur. Rektor tələbələrin ölkənin ictimai-siyasi arenasında tanınması üçün əlindən gələni edir. Hətta o, tələbəni müəllimdən də üstün tutur, heç bir tələbənin hüququ tapdamır.

Bütün bu azadlıqların olmasına baxmayaraq, tələbələr rektora müraciət etməkdən çəkinirlər, çünki tələbələr sonra həmin dekanın onları sıxışdıracaqlarından qorxurlar.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq..


Geri qayıt