Əsas Səhifə > Güney Press, Araşdırma > MOBİL OPERATORLARIN DAVASI BAŞLADI

MOBİL OPERATORLARIN DAVASI BAŞLADI


10-07-2012, 13:10
MOBİL OPERATORLARIN DAVASI BAŞLADI

«NAR MOBILE» «AZERCELL» ABUNƏÇİLƏRİNİ NECƏ OĞURLAYIR?

Azərbaycanın iki mobil rabitə operatoru arasında uzun müddətdir yaşanan gərginlik davam edir. Söhbət «Nar Mobile» ilə «Azercell» şirkətlərindən gedir. GUNDEMİNFO.AZ-ın məlumatına görə, artıq savaş açıq müstəviyə keçib.

Xatırladaq ki, bir qədər əvvəl bu iki operator arasında 250 milyon manatlıq məhkəmə çəkişməsi yaşanırdı. İddiaçı tərəf isə Azercell idi. İddiaçı hesab edirdi ki, «Nar» operatoru abüunəçilərinin etdikləri zənglərə görə, 250 milyon manat ödəməlidir.

Lakin qarşı tərəf bu pulu ödəməyəcəyini açıq şəkildə bəyan edirdi. Azercell isə açdığı bu savaşından ağır itkilərlə çıxmamaq üçün bu ilin may ayında Bakı şəhərində keçirilən «Eurovision» yarışmasının əsas sponsoru kimi çıxış etməyə məcbur oldu.

İddiaçı və haqlı tərəf olmasınva baxmayaraq hakimiyyət dairələrində bağlılığı olan Nar Mobile-dən təzminat ala bilməyəcəyini sonradan başa düşən Azercell səhvini düzəltməyə çalışdı.

Amma deyəsən bu operatorlar arasında savaş hələ uzun çəkəcək. Bu günlərdə Bakı şəhərində yerləşən bütün «Nar Mobile» satış mərkəzlərində operativ qruplar yaradılıb. Bu qruplar gənc qızlardan təşkil olunub. Azercell-in faktiki olaraq işləyən ən köhnə abonentlərinə telefon açılaraq onları «Nar» a dəvət edən xanımlar kütləvi satışa çıxarılmayan 077 perfeksini təklif edirlər. Təklif edilən nömrə hazırda istifadə olunan Azercell nömrəsinin eynisidir. Çatdırılma pulsuzdur. Və telefonla zəng edən ekspediteld xanımlar nömrədə xeyli sayda güzəştlər və kanmapaniyaların olmasından bəhs edirlər. Çox maraqlıdır ki, «Nar Mobile»nin xanımları Azercell abunəçisinə açıq şəkildə operatorundan imtina etməyi təklif edirlər. Və yeri gəlmişkən qeyd edək ki, bu xanımlar xüsusi «formada» danışmaqla, əks cinsdən olanları razı salmağa çalışırlar.

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək.

Geri qayıt