Əsas Səhifə > Dünya > BƏŞƏR ƏSƏD KƏFƏNİ YIRTIR?

BƏŞƏR ƏSƏD KƏFƏNİ YIRTIR?


10-07-2012, 13:15
BƏŞƏR ƏSƏD KƏFƏNİ YIRTIR?

KOFİ ANNAN HƏRBİ MÜDAXİLƏNİ İSTİSNA EDİR

Cenevrədə Suriya böhranı üzrə keçirilən konfransın yekunları üzrə qərara alınıb ki, bu problemin həlli zamanı hərbi müdaxilədən qaçmaq lazımdır. Bu barədə BMT və Ərəb Dövlətləri Liqasının (ƏDL) Suriya üzrə xüsusi elçisi Kofi Annan İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə birgə mətbuat konfransında bəyan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı MEHR agentliyi xəbər verir.

"Suriya böhranının həllində münaqişə edən hər iki tərəfin silahı yerə qoymasına nail olmaq, eləcə də hərbi müdaxilədən qaçmaq lazımdır. Böhran sülh yolu ilə həll olunmalıdır", - Annan qeyd edib.

Onun sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsədlə görüşdə münaqişənin həlli yolları müzakirə olunub.

Annan qeyd edib ki, İran Suriya böhranının həllində mühüm rol oynayır.

Öz növbəsində, İran XİN-in rəhbəri Salehi bildirib ki, bəzi ölkələr Annanın sülh planı çərçivəsində qəbul edilən müsbət ölçülərdən narahat olublar. Ona görə də, onlar xüsusi nümayəndənin fəaliyyətinə mane olmağa çalışırlar.

BMT-nin məlumatına görə, Suriyada münaqişə qurbanlarının ümumi sayı 12 mini ötüb, təxminən 230 min insan qaçqın düşüb, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.


Geri qayıt